USAİD-in korrupsiya “bataqlığı”...
05.02.2025 [09:53]
ABŞ Prezidenti araşdırma tələb edir
Bəzi hakimiyyətlər özlərinin məkrli siyasətlərini fərqli pərdələr altında örtməyə çalışırlar - bunun müasir növü “demokratiya”, “insan hüquq və azadlıqları” kimi gəlişigözəl sözlərdir. Hakimiyyətə gəldiyi ilk dövrlərdən “Demokratiya Sammiti” adı altında “diqtə və zorakılıq” siyasəti yürüdən Bayden administrasiyasının “yumşaq güc” vasitəsilə təsir rıçaqlarını daha da möhkəmləndirmək uğruna atdığı addımlar da ifşa olunur. Arxasında heç bir real səmimi hisslərin dayanmadığı məqsədli “demokratiya oyunları” ilə Bayden administrasiyası daha çox bu və ya digər ölkələrə “yol tapmaq uğrunda” mübarizə aparıb. Bəzi hallarda buna nail də olub - yeni əsrin “standartlarından” sayılan vətəndaş cəmiyyəti institutları, informasiya resursları bu məsələdə onların əlinə oynayıb. Xüsusilə bu işdə hazırda bütün layihələri dayandırılmış USAİD əsas “işi görüb”.
Prezident Tramp ifşa etdi...
ABŞ-ın xarici siyasət kursunda ən mühüm yerlərdən birini tutan USAİD mübaliğəsiz demək olar ki, rəsmi Vaşinqton üçün bəlkə də Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), bəlkə də ondan artıq əhəmiyyət daşıyırdı. İllərlə MKİ kəşfiyyatçılarının görə bilmədikləri işi bu təşkilat rahat şəkildə “qlobal vətəndaş cəmiyyəti şəbəkəsi”, “demokratiyanın inkişafı uğrunda şəbəkə”, “azad informasiya resursları şəbəkəsi” formalaşdırmaqla həyata keçirib. Fərqli adlar altında mənimsənilən milyonlarla dollar isə bu təşkilatın hörümçək toruna bənzəyən “münasibətlər sisteminin” əsas xətti sayılıb. Təsadüfi deyil ki, artıq bir neçə gündür ki, fəaliyyəti əsaslı şəkildə yoxlanılan USAİD-lə bağlı mühüm informasiyalar yayılmaqdadır. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp da ABŞ Beynəlxalq İnkişaf Agentliyini böyükmiqyaslı korrupsiyalaşmış təşkilat adlandırıb. O, bu barədə Ağ Evdə jurnalistlərə bildirib. “Mən bilmək istərdim ki, nə cür geriləmələr var. Kim bu qədər pul xərcləyərdi. Orada saxtakarlıq var, bu, dəhşətlidir. Heç bir pula layiq olmayan hər cür qruplara yüz milyonlarla dollar xərclənib”, -deyən dövlət başçısı vurğulayıb ki, o, heç vaxt belə bir şey görməyib və mümkün qədər tez məsələ ilə bağlı araşdırmaya başlamaq istəyir.
Siyahı açıqlandı - pullar LGBT-yə yönləndirilib...
Qeyd edək ki, Tramp hələ inauqurasiya mərasimindəki çıxışında əvvəlki komandanın ölkədə formalaşdırdığı radikal və korrupsioner quruluşu pisləmişdi. Xalqa müraciətində Tramp hökumətin etimad böhranı ilə üzləşdiyini bildirmişdi və onları dövlətin əsas təsisatlarına etinasızlıq göstərərək vətəndaşlardan güc və sərvət qoparmaqda ittiham etmişdi. Nəzərə alınmalıdır ki, USAİD də Amerika xalqının vergiləri hesabına maliyyələşən qurumdur və bu təşkilatın fəaliyyətindəki korrupsiya faktları birbaşa xalqdan “oğurluq” kimi qiymətləndirilir. Ağ Evin dərc olunan USAID tərəfindən maliyyələşdirilən bəzi layihələrin siyahısın? baxdıqda isə Trampın vurğuladığı məqamlar daha aydın olur. Siyahıda müxtəlif ölkələrdə həyata keçirilən mübahisəli xərclər diqqət çəkib. Məsələn, Əfqanıstanda suvarma kanallarının yaradılması və gübrə alınması məsələsinə ayrılan pulların daha çox narkotik istehasına yardım etməsi heç kimdə şübhə oyatmır. Eləcə də, “Əl-Qaidə” üzvləri üçün 100 min porsiya yemək təmin edilməsinə ayrılan pullar birmənalı şarşılana bilməz. Kolumbiyada “transgender opera” layihəsi, Peruda “transgender komikslərin” hazırlanması, İrlandiyada LGBTİ mövzulu müzikalın maliyyələşdirilməsi, Qvatemalada cinsiyyət dəyişikliyi və “LGBTİ aktivizmi” üçün 2 milyon dollar maliyyə dəstəyi kimi layihələr isə USAİD-in fəaliyyət mexanizminin və arealının üzərinə işıq salır. Qeyd edək ki, Tramp hakimiyyətə gəldiyi gündən LGBT-yə olan radikal münasibəti ilə seçilib.
Bundan başqa, USAİD-in layihələri arasında Serbiyada “iş yerlərində bərabərliyin və inklüzivliyin təşviqi” üçün 1,5 milyon dolların ayrılması, Vyetnamda elektromobillərin inkişafı üçün 2,5 milyon dollar vəsaitin xərclənməsi, Misirdə turizmin inkişafına 6 milyon dolların ayrılması, inkişaf etməkdə olan ölkələrdə fərdiləşdirilmiş kontraseptivlərə maliyyə dəstəyinin göstərilməsi də yer alır. Açıqlanan bu xərclər ABŞ ictimaiyyətində və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. USAID-dən bu layihələrin məqsəd və effektivliyi ilə bağlı rəsmi açıqlama gözlənilir.
USAİD-in yardımları bu yolla “paylanırdı”...
Vurğulayaq ki, USAİD formal olaraq müstəqil dövlət qurumu olsa da, Prezidentə, Dövlət katibinə və Milli Təhlükəsizlik Şurasına hesabat verir. Agentliyin rəhbərliyini - inzibatçısı və onun müavinini Senatın razılığı ilə ABŞ prezidenti təyin edir. Ceyson Qrey 2025-ci il yanvarın 20-dən etibarən Administrator vəzifəsini icra edir. Ondan əvvəl USAID-ə 2021-2025-ci illərdə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Samanta Pauer rəhbərlik edib. Qərargahı Vaşinqtonda yerləşən Agentliyin dünyanın 100-dən çox ölkəsində nümayəndəlikləri var. Agentliyin ştatında 10 mindən çox insan işləyir. Agentliyin proqram büdcələri 1961-ci il Xarici Yardım Aktına əsasən ABŞ Konqresi tərəfindən təsdiq edilir. Proqramların maliyyələşdirilməsinə hər il ABŞ federal büdcəsinin təxminən 1 faizi ayrılır. Yardımın bölüşdürülməsi bir sıra fondlar vasitəsilə həyata keçirilir. Onların arasında ən populyarları Milli Demokratiya Fondu (NED), Beynəlxalq Respublikaçılar İnstitutu (IRI), Milli Demokratik İnstitutudur (NDI). Agentliyin məlumatına görə, 2024-cü maliyyə ilində USAİD proqramları vasitəsilə 35,44 milyard dollar ayrılıb və ən çox yardım alan ölkələr sırasında Ukrayna, Konqo Demokratik Respublikası, İordaniya, Sudan və Yəmən olub.
Kubaya çevriliş üçün göndərilən “tələbələr”...
Vurğulandığı kimi, USAİD kəşfiyyatla əlaqələri ilə bağlı dəfələrlə ifşa olunub. USAİD-in çətiri altında çalışan MKİ əməkdaşlarının bəzi uğursuzluqları da nəzərə çarpıb - Bir çox politoloqlar, o cümlədən amerikalılar (xüsusən də Uilyam Blum) iddia ediblər ki, Mərkəzi Kəşfiyyat İdarəsinin və Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşları son onilliklər ərzində dünyanın əksər ölkələrində, xüsusilə Latın Amerikasında bütün çevrilişlərdə və ya onlara qarşı cəhdlərdə iştirak edib, müxalifət liderlərinin müvafiq təlimini, onların maliyyələşdirilməsini, siyasi, ideoloji və texniki dəstəyini təmin ediblər. Eyni zamanda, Agentlik kritik vəziyyətdə müxalifətə silahlı dəstək üçün nəzərdə tutulmuş təhlükəsizlik qüvvələrinin “modernləşdirilməsi və reabilitasiyası” istiqamətində iş aparıb. Bir sıra fəaliyyətlər Keçid Təşəbbüsləri Ofisi (OTI) vasitəsilə maliyyələşdirilir. 2009-cu ildə konqres hesabatında qeyd olunurdu ki, OTI-nin işi tez-tez diplomatik uğursuzluğa səbəb olan siyasi iflasla müşayət edilib.
2013-cü ildə Boliviya USAİD-in ölkənin daxili işlərinə qarışmasını əsas gətirərək ?gentliklə əməkdaşlığı dayandırdı (ölkəni parçalamağa çalışan separatçı qruplara çoxmilyonlarla dollar köçürüb). 2014-cü ildə USAID-in Kubadakı fəaliyyəti ilə bağlı qalmaqal yarandı. Associated Press jurnalistləri bu agentliyin əməkdaşlarının ölkədəki sabitliyi pozmaq və hakimiyyətin nüfuzunu sarsıtmaq üçün rep ifaçıları cəlb etdiklərini göstərən sənədlər əldə etdilər, həmçinin müxalif ajiotajı yaratmaq üçün Venesuela və Perudan olan tələbələr Kuba universitetlərinə göndərilibmiş.
18 sentyabr 2012-ci ildə isə USAıD Rusiyadakı fəaliyyətini bağladığını elan etdi. Bu ilin əvvəlindən isə USA?D Gürcüstanda bütün layihə və proqramlarını dayandırıb ?? əməkdaşlarını işdən azad edib.
USAİD Azərbaycanda fəaliyyətini dayandırıb...
Agentliyin Azərbaycandakı fəaliyyəti də birmənalı olmayıb. Belə ki, bu ilin yanvarın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirmişdi ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi: “Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir”.
Nazir bəyan etmişdi ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. O xatırlatmışdı ki, 2000-si ildən çərçivə sənədi mövcud idi: “Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-?n Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir. Bunun əsasında həmin sazişin müddəalarına uyğun olaraq tərəfimizdən bildirişlər göndərildi və həmin şərtlərlə sazişin uzadılmasında maraqlı olmadığımızı bəyan etdik”.
Sazişin xitam müddəti isə 2024-cü ilin fevral ayına təsadüf edib. “Bu ərəfədə ABŞ-d?n Azərbaycana ən yüksək səviyyədə USAİD çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təkliflər yazılı şəkildə ABŞ-yə göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Bunları nəzərə alaraq Azərbaycan tərəfi həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi”, - deyən nazir demişdi ki, USAİD-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi: “Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43

