İrəvan regional münasibətləri normallaşdırmaq istəyirsə...
12.03.2025 [10:42]
Bakının irəli sürdüyü şərtlərə əməl olunmalıdır
2022-ci ildən start götürmüş sülh prosesi ümumilikdə Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün real vasitə kimi əhəmiyyətini artırır. Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanması bütövlükdə həm Bakı-İrəvan, həm də Ankara-İrəvan münasibətlərinin normallaşmasına yol aça bilər. İndiki məqamda İrəvan həm də Türkiyə ilə münasibətləri yeni çərçivəyə salmaqda maraqlı olmalıdır - çünki Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı bölgədə yeni təhlükəsizlik arxitekturası yaratmaqla yanaşı, həm də bölgənin gələcək inkişafının əsas formulunun müəllifi sayılır.
Bölgədə yeni münasibətlər sisteminin qurulması birmənalı şəkildə Ermənistanın siyasi iradəsindən asılı olacaq - Azərbaycanın irəli sürdüyü şərtlərə “hə” deyəcək İrəvan Bakı ilə yanaşı, Türkiyə ilə də münasibətlərin normallaşması prosesində mühüm mərhələ qət edəcək. Türkiyə ilə münasibətlərin yaradılması isə Ermənistan üçün mühüm dividendlər vəd edir.
Ankaranın mövqeyi...
Qeyd edək ki, Türkiyənin bu məsələdə mövqeyi açıq və qətidir - Ankara ilə İrəvan arasındakı müzakirələr birmənalı şəkildə Azərbaycanla koordinasiyalı formada həyata keçirilir. Başqa sözlə, İrəvan Türkiyə ilə münasibətləri tənzimlənməsi üçün sülhü gecikdirməməlidir. Çünki Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Təsadüfi deyil ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı bildirmişdi ki, Cənubi Qafqazda sabitlik üçün səylərini, o cümlədən Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir.
Bu konteksdə Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrin yeni müstəviyə qaldıra bilər. İrəvan bu dəhlizin köməyilə Türkiyə ilə də normal iqtisadi-siyasi əlaqələr qurmaqla, regional tranzitlərə, Şərq-Qərb dəhlizinə qoşulmaq imkanı qazanmış olar.
Mirzoyan Türkiyə ilə münasibətlərdən danışdı...
Ermənistan isə sözdə “sülh mesajları”nı davam etdirir. Əməldə, danışıqlarda irəliləyiş üçün qəti addımlar atmalı olan İrəvan sadəcə olaraq özünü sülhpərvər qiyafədə təqdim edir. Maraqlıdır ki, Türkiyənin sülhlə bağlı qəti mövqeyini bilən Ermənistan bu məsələ üzərindən də manipulyasiya aparmağa cəhd göstərir. Erməni nazir belə bir görüntü yaratmağa çalışır ki, Türkiyə tərəfi ilə aparılan danışıqlar Azərbaycanla aparılan danışıqlarla əlaqələndirilmir. Halbuki Türkiyə rəsmiləri hər zaman bildirirlər ki, Ermənistanın Türkiyə ilə münasibətlərinin inkişafı Azərbaycanla imzalanacaq sülhdən asılıdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistan Dünya İşləri Şurasında (ICWA) bildirib ki, Ermənistan Türkiyə ilə dialoqu davam etdirir və lazım olan bütün əməli addımları atır. “Əminik ki, tam həll, xüsusən diplomatik münasibətlərin qurulması və sərhədlərin açıldığı bu dövrdə regional sülh və sabitliyə mühüm töhfə verəcək. Biz bu dialoqu davam etdiririk və əməli addımlar atmışıq. Biz həmçinin iki ölkənin sərhədində yerləşən Ani körpüsünü birgə bərpa etmək barədə razılığa gəlmişik. Bu, birbaşa hava nəqliyyatının qurulması və hava nəqliyyatı ilə yük daşınması ilə bağlı artıq qəbul edilmiş qərarları tamamlayır. Biz eyni zamanda diplomatik pasportları olan şəxslər və üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılaması barədə razılaşmışıq”, - Mirzoyan deyib.
Onun sözlərinə görə, bu razılaşmaların həyata keçirilməsi təkcə Ermənistan və Türkiyənin deyil, bütün regionun xeyrinə olacaq, çünki nəqliyyat yollarının bərpa edilməsi regional sülh və sabitlik üçün həlledici amilə çevriləcək.
Ermənistan səmimidirsə...
Vurğulayaq ki, Ermənistan tez-tez bu kimi “fəndlərə” müraciət edir - məsələn, bir müddət öncə, Nikol Paşinyan İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı demişdi ki, “Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin nə üçün baş verdiyini başa düşməliyik”. O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirmişdi: “Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1939-cu ildə bu mövzudan, ümumiyyətlə, heç yerdə bəhs edilmir, amma 1950-ci ildə anidən gündəmə gəlir? Aydınlaşdırılmalıdır”.
Erməni xislətinin bütün mahiyyəti ilə yaxından tanış olduğumuz üçün Paşinyanın və Mirzoyanın bu davranışları ilk baxışdan qeyri-səmimi görünür. Ortada məntiq var - əgər, həqiqətən də Ermənistanın siyasi hakimiyyəti sülhü ölkəsi üçün vacib sayırsa, Türkiyə və Azərbaycanla qonşuluq əlaqələri qurmağa çalışırsa, nə üçün ölkə Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı qərar vermir? Demək ki, Ermənistan rəhbərliyi sadəcə olaraq Türkiyə ilə münasibətləri Azərbaycan ilə aparılan sülh prosesindən ayırmaq üçün bu yola əl atır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51

