Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir

Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir

14.03.2025 [11:31]

Bakı Forumu, burada müzakirə olunan mövzular dünya böhranlarının, geosiyasi dəyişikliklərin mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir. Çünki hazırda geosiyasi vəziyyət həqiqətən də şokedicidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Sülhə gedən yol” adlı panel iclasında Monteneqronun sabiq Prezidenti Milo Cukanoviç deyib.

Onun sözlərinə görə, geosiyasi dəyişikliklər beynəlxalq hüquqları heçə endirir. “Bütün müharibələr, ən kiçik qarşıdurmalar belə dünyanın inkişafına təhdiddir. Xaosun davamlı olaraq artması xüsusilə Qərb ölkələrini daha çox narahat edir. Biz dəyərlərin sarsılmasının, siyasətin keyfiyyətinin azalmasının şahidi oluruq. Əgər insan hüquqlarının qorunmasına daha çox diqqət yetirməsək, ciddi fəsadlarla üzləşə bilərik. Dünyanın üzləşdiyi problemlər sonradan xaosa səbəb olacaq. Düşünürəm ki, demokratik dünya buna imkan verməməlidir. Biz yalnız bir ölkə haqqında deyil, bütün dünyanın üzləşdiyi problemlərin həll yollarından danışmalıyıq”, - deyə Monteneqronun sabiq Prezidenti bildirib.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31