Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

06.04.2025 [20:50]

Özbəkistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə görüşüb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib. Xüsusilə iqtisadi-ticari, enerji sahəsində geniş əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu xüsusilə qeyd olunub.

Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfələri barədə də fikirlər səsləndirilib. Qarşılıqlı səfərlərin, aparılan səmərəli dialoqun əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib.

Milli Məclisin spikeri Sahibə Qafarova ölkəmizdə mövcud olan və möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələri də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşayır. Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətləri mövcuddur.

Həmçinin, İsraildəki Azərbaycan diasporunun, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımızın da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdikləri diqqətə çatdırılıb.

İsrail Knessetinin sədri sülh, birgə yaşayış dəyərlərini qoruyub inkişaf etdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, İsrail ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 245 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31