YAP-ın 20-dən artıq rayon təşkilatı imza vərəqələrini Seçki Qərargahına təqdim edib
15.08.2013 [08:40]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 20-dən artıq rayon təşkilatı partiyamızın prezident seçkilərində namizədi dövlət başçısı cənab İlham Əliyevin namizədliyinin MSK-da təsdiq olunması üçün toplanmış imza vərəqələrini Seçki Qərargahına təqdim ediblər. SİA-nın məlumatına görə, günün I yarısı üçün gətirilən imza vərəqələri Qərargahın tərkibində yaradılan komissiyanın 6 iştirakçısı tərəfindən yoxlanılıb.
Məsələ ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, YAP avqustun 13-dən etibarən imzatoplama kampaniyasına start verib: “125 dairənin hər birindən toplamaq nəzərdə tutulub. Toplanan imzalar ümumi qaydada YAP-ın Seçki Qərargahına daxil olur. Qərargahda komissiya yaradılıb və burada imzalar qəbul edilir. İlkin olaraq hər bir imza komissiya üzvləri tərəfindən ciddi yoxlanılır. İmza vərəqələrinin Seçki Məcəlləsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulmasına nəzarət edildikdən sonra həmin vərəqələr dairələr üzrə yığılaraq səhifələnir. Ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatlarına uyğun şəkildə protokollaşdırılaraq həmin quruma təqdim olunur. Bu həftənin sonuna qədər nəzərdə tutulan qədər imzanı toplayıb MSK-ya təqdim etməyi qarşımıza məqsəd qoymuşuq”.
Komissiyanın tərkibində 6 nəfərdən ibarət ekspert heyətinin fəaliyyət göstərdiyini deyən YAP icra katibinin müavini qeyd edib ki, həmin eskpertlərin içərisində Milli Məclisin üzvləri, aparıcı mətbuat orqanlarının rəhbərləri, eləcə də hüquqşünaslar yer alıb.
Ekspert qismində çıxış edən edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, YAP tərəfindən həyata keçirilən imzatoplama kampaniyası uğurla davam edir: “Hər bir vətəndaş könüllü olaraq bu kampaniyada iştirak edir. 20-dən çox rayon təşkilatı günün I yarısı üçün imzatoplama kampaniyasını başa çatdırıb. Ekspertlər tərəfindən YAP-ın Seçki Qərargahına gətirilən imzalara obyektiv, dəqiq və şəffaf şəkildə nəzarət edilir. Kampaniya qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir”.
Məlumat üçün bildirək ki, imza toplayanlar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib, vətəndaş isə imzasını atıb, günün tarixini qeyd edib.
Xatırladaq ki, cari ilin oktyabr ayının 9-da baş tutacaq prezident seçkilərində İlham Heydər oğlu Əliyev Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd kimi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

