/ / Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqəyə yekun vurulub
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqəyə yekun vurulub
16.08.2013 [09:19]
Avqustun 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə elan edilmiş yaradıcılıq müsabiqəsinə yekun vurulub.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev ölkəmizdə yaradıcılıq üçün əlverişli mühitin mövcud olduğunu, mədəniyyət sahəsinə həmişə xüsusi diqqət ayrıldığını, sənət adamlarına qayğı ilə yanaşıldığını, onların əməyinin yüksək qiymətləndirildiyini deyib.
Rəis müavini qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur.
M.Abbasquliyev deyib ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd strategiyası Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Dövlət sərhədlərimizin yüksək səviyyədə mühafizə olunması üçün çoxsaylı yeni sərhəd infrastrukturları yaradılır, Sərhəd Qoşunlarının müasir texnika və avadanlıqla təchizinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, DSX beynəlxalq terrorizmə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa qarşı mübarizə sahəsində səviyyəsini daim yüksəldir. Dövlət Sərhəd Xidmətinin çoxşaxəli fəaliyyətində ictimaiyyətlə əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin, Vətən sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi əsas yer tutur. Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində elan olunmuş müsabiqələr sərhədçi peşəsinə olan məhəbbət və marağı artırır, Vətən sərhədlərinə böyük məhəbbət hissi aşılayır. Sərhədçilərin fədakar xidmətlərinin tərənnüm edilməsində xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, bu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, televiziya verilişi, qəzet məqaləsi və inşa yazısı üzrə 5 nominasiyada müsabiqə elan edilib. Müsabiqədə ölkəmizin peşəkar və həvəskar rəssamları, şairləri, yazıçıları, jurnalistləri, tələbələri, sərhədçi əsgərlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Bu il müsabiqəyə 700 nəfərdən çox yaradıcı insan qoşulub.
Təqdim olunmuş əsərlərin janrları da, müəlliflərin yaş, təhsil, sosial mənşə və peşəkarlıq səviyyəsi də müxtəlifdir. Builki müsabiqə əvvəlkilərdən daha uğurlu olub. Təqdim edilmiş əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilmiş və mükafatlara layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Şairi Fikrət Qoca qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Qeyd olunub ki, ölkəmizin çoxsaylı vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması yüksək qiymətə layiqdir.
Sonra qaliblərə mükafatlar və diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

