Azərbaycanın Dövlət Sərhəd Xidməti döyüş atışlı taktiki təlimlər keçirib
16.08.2013 [09:24]
Avqustun 13-14-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) təlim mərkəzində “Azərbaycan Respublikasının ərazisinə düşmənin qoşun qruplarının hücumlarının qarşısının alınması, terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki təlimlər keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildiriblər ki, təlimlərə DSX-nin çevik hərəkət bölmələri, döyüş helikopterləri, müasir zirehli texnika, artilleriya və zenit-raket kompleksləri cəlb olunub.
Təlimlər zamanı sərhəd dəstəsi, komendantlıq, zastava və xüsusi təyinatlı bölmənin şəxsi heyəti tərəfindən xüsusi şəraitə keçirilməklə şərti düşmənin dövlət sərhədini pozmuş terror-təxribat qrupu zərərsizləşdirilib. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçmiş şərti düşmənin canlı qüvvəsi Dövlət Sərhəd Xidməti Aviasiya Dəstəsinin döyüş helikopterlərindən açılan atəşlə uzaq məsafədən məhv edilib.
Şərti düşmənin dövlət sərhədini pozmuş 2-ci terror-təxribat qrupu hərbi-desant helikopterlərindən endirilmiş xüsusi təyinatlılar tərəfindən sıradan çıxarılıb. Bundan sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları ilə, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə zərərsizləşdirilib.
Xüsusi təlim keçmiş xidməti itlər və müasir tipli axtarış avadanlığı vasitəsilə axtarışın keçirilməsi, yaralıların təxliyə edilməsi tapşırıqları da uğurla icra edilib.
Təlimlərdə zenit-artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə keçirilib, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, müasir döyüşün aparılması üzrə hərəkətlərin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.
Təlimlər Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Sərhəd Mühafizəsinin şəxsi heyətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir döyüş tapşırığını şərəflə icra etməyə daim hazır olması xüsusi vurğulanıb.
Sonda təlimlərdə fərqlənmiş hərbi qulluqçular təltif ediliblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

