Prezident seçkiləri tam demokratik, şəffaf və ədalətli keçiriləcək
17.08.2013 [13:38]
Azərbaycan dövləti beynəlxalq təşkilatları seçkiləri yaxından izləməyə dəvət edib
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi, eləcə də, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən görülən digər müvafiq tədbirlər onu deməyə əsas verir ki, qarşıdan gələn seçkilər tam demokratik, şəffaf və ədalətli şəkildə keçiriləcək. Seçki prosesinin demokratik qaydada keçiriləcəyinə əmin olan Azərbaycan dövləti, artıq beynəlxalq təşkilatlara müraciət edərək, onları seçkiləri yaxından izləməyə dəvət edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, MDB, ATƏT Parlament Assambleyası, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlardan seçkiləri yaxından izləmək üçün ölkəmizə müşahidə missiyalarının göndərilməsi gözlənilir.
Bundan əlavə, Azərbaycanda keçirilən prezident seçkiləri həmişə xarici ölkələrin aparıcı KİV-lərinin, sorğu mərkəzlərinin, eləcə də, QHT-lərin diqqət mərkəzində olduğundan, ötən seçkilərdə olduğu kimi, bu il də həmin qurumlardan xeyli sayda müşahidəçinin gələcəyi istisna olunmur.
Seçkilərin demokratik şəkildə keçirilməsini təmin edən digər amil isə sözsüz ki, prezidentliyə namizədlərin namizədliyinin maneəsiz təsdiq olunmasıdır. MSK-dan verilən məlumatda artıq 8 nəfərin namizədliyinin təsdiqlənməsi, eləcə də, onların səlahiyyətli nümayəndələrinin qeydiyyata alındığı bildirilir. Bunlar Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, dövlət başçısı İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, eləcə də, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədovdur.
MSK-dan verilən məlumatda, həmçinin, qeyd olunur ki, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu da prezidentliyə namizədliyinin irəli sürülməsi üçün seçki sənədlərini quruma təqdim edib və hazırda sənədlər yoxlanılma mərhələsindədir.
Xatırladaq ki, Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər. Odur ki, qalan müddət ərzində prezidentliyə namizədlərin sayının daha da artacağı istisna olunmur. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, namizədlərin böyük əksəriyyəti müxalifət düşərgəsini təmsil edir. Bu isə bir daha onu sübut edir ki, Azərbaycanda prezident seçkilərinə hazırlıq prosesi ədalətli və şəffaf qaydada həyata keçirilir.
Prezident seçkilərinin demokratikliyini təmin edən digər amil isə seçki prosesi zamanı baş verə biləcək qanun pozuntularının müəyyənləşdirilməsi və qiymətləndirilməsidir. Belə ki, indiyədək seçki prosesi ilə əlaqədar məsələlər Mülki Prosessual Məcəllə ilə tənzimlənirdi. 2013-cü ildə qanunvericiliyə edilən dəyişikliklərə əsasən isə qarşıdakı seçkilərdə baş verə biləcək qanun pozuntusu məsələlərinə inzibati məhkəmələr tərəfindən baxılacaq. Bu isə Azərbaycan hakimiyyətinin qarşıdan gələn prezident seçkilərinin ədalətli və şəffaf şəkildə keçirilməsində nə dərəcədə maraqlı olmasını bir daha sübut edir.
Qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsini təmin edən digər bir məsələ, sözsüz ki, bu prosesdə iştirak edən subyektlərin peşəkarlığı ilə sıx bağlıdır. Məhz bu məqsədlə, ötən seçkilərdə olduğu kimi, MSK tərəfindən dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunub. Kurslar həm paytaxtda, həm də regionlarda həyata keçirilib. Bu isə öz növbəsində, komissiya üzvlərinin peşəkarlığının daha da artmasına kömək etməklə yanaşı, seçkilərin nəticələrinin operativ şəkildə hesablanmasına, məlumatların MSK-ya vaxtında çatdırılmasına şərait yaradacaq.
Prezident seçkilərinin ədalətli və demokratik şəkildə keçirilməsinə dəlalət edən digər və əsas amillərdən biri də dövlətin namizədlərin rəsmi mətbuat vasitələrində ödənişsiz seçki təşviqatına şərait yaratmasıdır. Belə ki, Mərkəzi Seçki Komissiyası bu günlərdə prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün ödənişsiz yer ayrılacaq kütləvi informasiya vasitələrinin (KİV) siyahısını açıqlayıb. MSK-nın qərarına əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə qeydə alınan namizədlərə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq.
Bir sözlə, prezident seçkilərinin keçirilməsinə hələ xeyli müddət qalmasına baxmayaraq, ölkədəki seçkiöncəsi vəziyyət, mətbuat, xüsusən, internet üzərində də heç bir nəzarətin olmaması, həmçinin, aidiyyəti dövlət qurumları tərəfindən aparılan hazırlıq işləri onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti qarşıdan gələn prezident seçkilərinin ədalətli, demokratik və şəffaf keçirilməsinə, xüsusilə, maraqlıdır və bu istiqamətdə mümkün olan bütün vasitələrdən istifadə olunur.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

