/ / Mərkəzi Seçki Komissiyasının seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılıb və “elektron hökumət” portalına qoşulub
Mərkəzi Seçki Komissiyasının seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılıb və “elektron hökumət” portalına qoşulub
04.09.2013 [08:34]
Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılmış və “elektron hökumət” portalına qoşulub.
AzərTAc xəbər verir ki, bu sözləri MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov sentyabrın 3-də jurnalistlərə müsahibəsində deyib.
Rüfət Gülməmmədov bildirib ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq dövlət qurumlarında elektron xidmətlərin inkişafı üzrə tədbirlər həyata keçirilir. Həmçinin 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Tədbirlər Planı təsdiq olunub. Həmin Tədbirlər Planına uyğun olaraq, hər bir dövlət qurumuna aid müvafiq bəndlər nəzərdə tutulub. MSK-ya aid bənddə seçki prosesində müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi qeyd olunub. Bu iki mühüm sənəddən irəli gələn tədbirləri həyata keçirmək üçün müəyyən addımlar atılıb.
MSK-nın seçicilərə göstərdiyi elektron xidmətlərin sayının hazırda 6 olduğunu deyən Rüfət Gülməmmədov vurğulayıb ki, seçki günü əlavə 3-4 xidmətin də göstərilməsi nəzərdə tutulub. Diqqətə çatdırıb ki, ümumilikdə 9-10 elektron xidmət “elektron hökumət” portalı vasitəsilə seçicilərin istifadəsinə veriləcək.
Qeyd edilib ki, əvvəlki illərdə seçicilər seçici siyahısında adlarını axtarmaq üçün mütləq öz dairələrini bilməli idilər. Hazırda isə seçicilər “elektron hökumət” portalına inteqrasiya olunmuş xidmət vasitəsilə adını, soyadını, atasının adını, cinsini və təvəllüdünü yazmaqla səs verəcəyi məntəqəni və həmin məntəqənin aid olduğu dairəni müəyyənləşdirə bilərlər. Seçicilər həmin dairənin və məntəqənin yerini xəritə üzərində görmək imkanı da əldə edəcəklər. Onlar, həmçinin daimi yaşadıqları ünvanın parametrlərini daxil etməklə də dairəni və məntəqəni müəyyənləşdirə bilərlər. Hər iki halda əgər seçici adını siyahıda tapa bilməsə “elektron hökumət” portalına daxil edilmiş müvafiq xidmət vasitəsilə məlumatlarını onlayn şəkildə MSK-ya təqdim edə bilər.
MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov vurğulayıb ki, seçicilər istədikləri dairə və məntəqənin nömrəsini seçməklə onun ünvanını əldə edə bilərlər. Həmçinin, seçicilərin MSK-ya olan müraciətlərinin məzmunu da genişləndirilib. Artıq 5 adda müraciət forması mövcuddur. Seçicilər onlayn şəkildə müraciət formasının birini seçərək müraciətlərini MSK-ya göndərə bilərlər.
Diqqətə çatdırılıb ki, seçki günü 1000-ə yaxın məntəqədə veb-kameralar quraşdırılacaq. “Elektron hökumət” portalı və MSK-nın müvafiq internet səhifələri vasitəsilə həmin veb-kameralara qoşulmaqla səsvermə prosesini canlı izləmək mümkün olacaq. Seçkinin yekunları ilə bağlı ilkin məlumatlar da müvafiq xidmətdən istifadə etməklə operativ şəkildə əldə ediləcək. Bu istiqamətdə addımlar davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

