Prezident İlham Əliyevin Çin səfəri: əməkdaşlıqda yeni mərhələ
01.09.2025 [14:00]
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələrdən soraq verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O qeyd edib ki, Si Cinpin görüş zamanı Azərbaycanın müstəqil inkişaf yoluna dəstəyini ifadə edib və iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə genişlənəcəyini bildirib. Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.
“Xüsusilə “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat-logistika mərkəzinə çevrilir. Bu da Çin mallarının Avropaya daha qısa vaxtda və sərfəli marşrutla çatdırılmasına imkan yaradacaq.
Görüş zamanı COP29-un Azərbaycanda keçirilməsinin önəmi vurğulanıb. Prezident İlham Əliyev Azərbaycanın qlobal ekoloji təşəbbüslərdə fəal rol oynadığını qeyd edib, Çin tərəfi isə bu istiqamətdə əməkdaşlığa maraq göstərib.
Müzakirələrdə, həmçinin terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələri, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi kimi məsələlər də yer aldı”, - deyə müsahibimiz əlavə edib.
Azərbaycan ilə Çin arasında vizasız gediş-gəliş rejimindən də bəhs olunduğunu diqqətə çatdıran deputat deyib: “Bu, turizm və təhsil sahələrində əlaqələrin genişlənməsinə, xalqlar arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyevin Çin səfəri Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasətinin bariz nümunəsidir. İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ölkəmizin regional nəqliyyat mərkəzi kimi rolunu genişləndirir, enerji ixrac imkanlarını və ekoloji təşəbbüslərdə iştirakını artırır. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın Asiya ilə Avropa arasında strateji körpü rolunu daha da gücləndirir, ölkəmizi yeni texnologiyalar, investisiyalar və enerji layihələri üçün cəlbedici tərəfdaşa çevirir”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50

