Azərbaycan BMT strukturlarında fəallıq göstərir
12.09.2025 [10:44]
Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəvisində aktivliyi xüsusi vurğulanmalıdır. BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatının səsləndirilməsi bunun göstəricisidir. Bəyanatla bağlı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin “X” sosial media hesabında paylaşım edilib.
Bəyanatda hansı məqamlar var?
Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma fəaliyyətləri həyata keçirdiyi vurğulanıb. “Böyük Qayıdış üzrə Dövlət Proqramı çərçivəsində aparılan təşəbbüslərə sosial xidmətlər şəbəkəsinin yaradılması, infrastrukturun inkişafı, mənzil şəraiti və məşğulluq imkanlarının təmin edilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin göstərilməsi daxildir. Bu səylərin nəticəsində artıq 50 mindən çox keçmiş məcburi köçkün ata-baba torpaqlarına qayıdıb”, - deyə bəyanatda bildirilib. Son zamanlar Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin də əldə olunduğuna diqqət çəkilən bəyanatda 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və ABŞ Prezidenti şahid qismində iştirak etməklə, ikitərəfli münasibətlərin normallaşdırılması və regionda dayanıqlı sülhün yaradılmasına yol açan Birgə Bəyannamənin imzalandığı xüsusilə qeyd olunub.
Vurğulanıb ki, Birgə Bəyannamənin mühüm müddəalarından biri iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyidir: “Bu təkcə regiona deyil, daha geniş coğrafiyaya da fayda gətirəcəkdir. Bundan əlavə, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsini paraflamışdır ki, bu da mehriban qonşuluq münasibətlərinin qurulması üçün parametrləri müəyyən edir. Biz üzv dövlətləri bu səyləri dəstəkləməyə çağırırıq”.
UNHRC-in funksiyası nədir?
Qeyd edək ki, İnsan Hüquqları Şurası (UNHRC) Birləşmiş Millətlər Təşkilatının orqanıdır və onun missiyası bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır. Şuranın regional qrup əsasında mərhələli üç il müddətinə seçilən 47 üzvü var. Şuranın Baş Qərargahı Birləşmiş Millətlər Təşkilatının İsveçrədəki Cenevrə bölməsində yerləşir. Şura BMT-yə üzv dövlətlərdə insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır. Bu araşdırmalara birləşmək və toplaşmaq azadlığı, ifadə azadlığı, inanc və din azadlığı, qadın hüquqları, irqi və etnik azlıqların hüquqları daxildir. Onu da xatırladaq ki, bu qurum BMT-nin Baş Assambleyası tərəfindən 15 mart 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasını (UNCHR) əvəz etmək üçün yaradılıb. Şura İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi (OHCHR) ilə sıx əməkdaşlıq edir və Birləşmiş Millətlər Təşkilatının xüsusi prosedurlarını həyata keçirir.
UNHRC ildə üç dəfə, mart, iyun və sentyabr aylarında müntəzəm sessiyalar keçirir. UNHRC istənilən vaxt üzv dövlətlərin üçdə birinin tələbi ilə insan hüquqlarının pozulması və fövqəladə halların həlli üçün xüsusi sessiyanın keçirilməsi barədə qərar qəbul edə bilər.
Ölkəmizin təşəbbüsü ilə qurum bir sıra sənədlər qəbul edib
Ümumiyyətlə, Azərbaycan bu qurum çərçivəsində hər zaman fəallıq göstərir. Bu fəallığın nəticəsində ölkəmiz 2006-2009-cu illər üçün BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib. Yalnız üzvlüklə kifayətlənməyərək qurumun tədbirlərində bir sıra sənədlərin qəbul edilməsinə nail olunub. Belə ki, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnaməyə, ümumilikdə, 137 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.
Azərbaycanın təşəbbüsü ilə təşkilatın 48 və 50-ci sessiyalarında isə müvafiq olaraq irəli sürülmüş “Minaların insan hüquqlarına təsiri” və “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu” mövzularında birgə bəyanatlar çox sayda dövlət tərəfindən dəstəklənib. Bundan başqa, 3 aprel 2023-cü ildə Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub. Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.
Bütün bunlar təsdiqləyir ki, Azərbaycan BMT-nin strukturlarında fəal təmsil olunur və kifayət qədər aktivlik göstərir. Təşkilatın İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatının səsləndirilməsi də buna nümunədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54

