Yeni Zelandiya Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir
07.12.2013 [09:15]
Dekabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Yeni Zelandiyanın Baş nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, keçmiş Baş nazir Cim Bolger ilə görüşüb.
AzərTAc xəbər verir ki, Oqtay Əsədov belə səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını deyib. Bildirilib ki, Azərbaycan dünya dövlətləri, o cümlədən Yeni Zelandiya ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.
Milli Məclisin sədri gələcəkdə münasibətlərimizin hüquqi bazasını yaratmaq üçün dövlətlərarası sənədlərin imzalanmasının zəruriliyini qeyd edib. Oqtay Əsədov deyib ki, bu gün ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi mövcud potensiala cavab vermir. Bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək üçün müxtəlif sahələr üzrə müştərək komissiyaların yaradılması məqsədəuyğundur.
Oqtay Əsədov vurğulayıb ki, son on ildə Azərbaycana 130 milyard dollar həcmində investisiya yatırılıb. Bununla yanaşı, Azərbaycan bu gün özü də Şərqi Avropanın müxtəlif ölkələrinə investisiya yatırır. Yeni Zelandiya ilə iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın mümkünlüyü qeyd edilib.
Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayıb, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının yaradılmasının təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olacağını bildirib. Bundan başqa, nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimizin birgə səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Cim Bolger Azərbaycana səfərindən məmnun qaldığını, Milli Məclisdə olmağından şərəf duyduğunu söyləyib. Qonaq bildirib ki, ölkəsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir. O əlavə edib ki, əlaqələrimizin dərinləşməsinə hər iki ölkənin qanunverici orqanları da layiqli töhfəsini verə bilər.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

