/ / Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir
07.12.2013 [09:21]
Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının əməkdaşları Heydər Əliyev Mərkəzində ekskursiyada olublar
Ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində dekabrın 6-da Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin bir qrup əməkdaşının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiyada Binəqədi rayon İcra Hakimiyəti başçısının Humanitar məsələlər üzrə müavini Aygün Əliyeva, rayon İcra Hakimiyyətinin şöbə müdirləri və əməkdaşları, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyini sədri Qüdsi Bayramov, həmçinin, partiyanın rayon təşkilatının fəalları və rayon Gənclər İdman İdarəsinin əməkdaşları iştirak ediblər. Mərkəzin əməkdaşları ziyarətçilərə qeyri-adı, mürəkkəb quruluşa malik və unikal tikili haqda məlumat verərək bildiriblər ki, mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video və foto arxivdən, eləcə də ən müxtəlif eksponatlardan ibarət olan Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Ziyarətçilər muzeydə Ümummilli lider Heydər Əliyevin həyatı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrlərdə fəaliyyəti, müxtəlif dövrlərdə istifadə etdiyi xidməti avtomobillər, DTK dövründə çalışan zaman istifadə etdiyi zabit və general geyimi, layiq görüldüyü orden və medallar, Sovet dövrü və müstəqil Azərbaycana rəhbərlik etdiyi zamanlarda dünyanın ən müxtəlif ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanış olublar.
Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra ziyarətçilər noyabrın 22-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center) dünya premyerası keçirilmiş “Kosmosa səyahət” sərgisində olub, sərgi çərçivəsində nümayiş olunan eksponatlarla tanış olublar. Bildirilib ki, “Kosmosa Səyahət” sərgisi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunub. ABŞ-ın Kosmik və Raket Mərkəzi tərəfindən yaradılan və Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) ilə əməkdaşlıq çərçivəsində keçirilən sərgi 2014-cü il fevralın 23-dək davam edəcək.
Daha sonra ziyarətçilər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən özünəməxsus quruluşa malik akt zalı ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

