/ / Siyavuş Novruzov: Leyla Yunusun son davranışları məhz ermənilərin öyrətdikləri əməllərin göstəricisidir
Siyavuş Novruzov: Leyla Yunusun son davranışları məhz ermənilərin öyrətdikləri əməllərin göstəricisidir
01.07.2014 [09:48]
“Onsuz da, bu gün Leyla Yunusun kəşfiyyat orqanlarına işləməsi, ayrı-ayrı adamları kəşfiyyat orqanları ilə əlaqələndirməsi, vergidən yayınması, xarici kəşfiyyat orqanlarından maliyyə dəstəyi alması, erməni lobbisi ilə işləməsiylə bağlı kifayət qədər dəlil, sübutlar var. Bununla bağlı ölkədən çıxmaması üçün ondan iltizam alınıb və o, bu haqda müəyyən sənədə imza atıb. Demək, Leyla Yunus yaxşı bilir ki, o, əvvəl-axır qanunları pozduğuna görə məsuliyyətə cəlb olunmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Sülh və Demokratiya İnstitunun Bakı ofisinin rəhbəri Leyla Yunusun müsahibəsində Azərbaycan iqtidarına yönəlik qeyri-etik ifadələr işlətməsinə, eləcə də müxtəlif iddialarla çıxış etməsinə münasibət bildirərkən deyib.
Siyavuş Novruzovun fikrincə, bu ünsür qəstdən həmin hərəkətləri edir ki, məsuliyyətə cəlb olunduğu zaman mətbuatda ölkə rəhbərliyinə qarşı işlətdiyi müxtəlif ifadələrə görə, yəni “söz azadlığı uğrunda” məsuliyyətə cəlb edildiyini desin: “Leyla Yunusun başlıca məqsədi budur. Yəni, xarici kəşfiyyata işləməyə, erməni lobbisinə işləməyə və sairəyə görə deyil, məhz buna görə məsuliyyətə cəlb olunduğunu iddia etsin. Ona görə də, onun son davranışları məhz ermənilərin öyrətdiyi əməllərin göstəricisidir”.
Siyavuş Novruzov, əslində, Leyla Yunusun özünün qorxu hissləri keçirdiyini bildirib: “Belə bir el misalı var. İtə deyəndə niyə hürürsən, deyir qorxuduram, soruşanda ki, quyruğunu niyə bulayırsan, onda deyir ki, özüm də qorxuram. Bu baxımdan, Leyla Yunus yaxşı bilir ki, o, hansı yolu gedir. Ona görə də, öz getdiyi yolu maskalamaqdan ötrü hansısa addımları atır. Azərbaycanda da eyni mənbəyə, eyni orqanlara xidmət edən, eyni tərəflərdən dəstək alan siyasi partiya rəhbərləri, siyasiləşmiş QHT-lər var ki, onlar da Leyla Yunusu qızışdırıb ortaya salmaqla gələcəkdə baş verəcək hadisələrdən özləri üçün dividend qazanmaq istəyirlər”.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

