Dostluğun və qardaşlığın zəfər günü
16.09.2014 [09:37]
Sentyabrın 15-də Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində Bakının erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsinin 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tarixçi alimlər, tədqiqatçılar iştirak ediblər.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun 96 il əvvəl türk və Azərbaycan ordusunun çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. Diplomat Osmanlı imperiyasının çətin dövr yaşamasına baxmayaraq, öz borcunu yerinə yetirdiyini, Türkiyədə qardaş ölkəyə kömək etmək məqsədilə Qafqaz İslam Ordusu yaradıldığını qeyd edib. 1918-ci ilin 15 sentyabrını dostluq və qardaşlığın zəfər günü, ortaq türk tarixinin şanlı səhifəsi, birliyin təntənəsi kimi səciyyələndirən səfir İsmail Alper Coşkun bildirib ki, bu fədakarlıqları gələcək nəsillərə ötürmək və dünyaya bəyan etmək hər bir türkün borcudur.
Sonra Qafqaz İslam Ordusunun kəşməkəşli, eyni zamanda, şərəfli və xilaskar yürüşünü əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək 1918-ci il 15 sentyabr hadisələrinin tarixi əhəmiyyətindən, baş vermə şəraitindən və nəticələrindən danışıb.
Yaqub Mahmudov Azərbaycanın bölgələr üzrə Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi ardıcıllığını diqqətə çatdırıb. O, Bakının azad edildiyi günün Azərbaycan xalqının tarixində əlamətdar hadisə olduğunu və bununla da dövlətçiliyimizin bərpa edildiyini vurğulayıb.
Tarixçi alim bildirib ki, 96 il bundan əvvəl sentyabrın 16-da Bakının azad edilməsi münasibətilə türk-Azərbaycan hərbi hissələrinin şanlı paradı keçirilib. Qafqaz İslam Ordusunun yaradılmasından və ordunun hərbi fəaliyyətindən danışan Y.Mahmudov Bakının azad edilməsində Nuru Paşanın rəhbərliyi ilə türk qoşunlarının böyük xidmətlərini xüsusilə qeyd edib. Alim bildirib ki, türk birliyinin təcəssümü, iki ölkənin tarixi dostluğunun və qardaşlığının təntənəsi olan bu hadisə bizim üçün böyük fəxrdir. Məhz Qafqaz İslam Ordusunun Bakıya gəlməsi ilə Azərbaycanın erməni quldurlarından, bolşeviklərdən təmizlənməsinə başlanılıb və bununla da, xalqımız növbəti soyqırımından qurtulub.
Azərbaycan və Türkiyə bayraqlarının daim yanaşı dalğalandığını, xalqlarımızın çətin dövrlərdə həmişə bir-birinin yanında olduğunu qeyd edən Y.Mahmudov iki ölkənin ortaq tarixinin yazılmasının vacibliyini vurğulayıb, Azərbaycanın və Türkiyənin tarixçi alimlərinin artıq bu istiqamətdə birgə fəaliyyətə başladıqlarını diqqətə çatdırıb.
Digər çıxış edənlər də daşnakların və bolşeviklərin Azərbaycan ərazisində törətdikləri soyqırımlarından, Qafqaz İslam Ordusunun xidmətlərindən danışıblar. Bildirilib ki, Bakının ən yüksək yerində bu ordunun şərəfinə abidə ucaldılıb.
Tədbir çərçivəsində Qafqaz İslam Ordusunun zəfər yürüşünün 96-cı ildönümünə - Bakının erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsinə həsr olunan sərgi keçirilib.
Sonda “Qafqaz İslam Ordusu və Bakının işğaldan azad edilməsi” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

