/ / Mübariz Qurbanlı: Azərbaycandan Suriya, İraq və digər münaqişə bölgələrinə getmək istəyənlərin sayı yox dərəcəsinə enməkdədir
Mübariz Qurbanlı: Azərbaycandan Suriya, İraq və digər münaqişə bölgələrinə getmək istəyənlərin sayı yox dərəcəsinə enməkdədir
21.11.2014 [09:59]
“Ölkədə dini radikal qrupların üzvlərinin sayı da tədricən azalır”
“Azərbaycanda radikal yönümlü dini qruplara qarşı mübarizə inzibati, ideoloji təbliğat və maarifçilik vasitəsi ilə aparılır”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, əsas məqsəd dini radikal qruplaşmaların zərərli fikirlərini gənclər, əhali arasında yaymamasıdır: “Bütövlükdə nəticə ondan ibarətdir ki, artıq Azərbaycanda radikal dini qrupların təbliğatına uyanlar azdır, apardıqları təbliğat istənilən nəticəni vermir. Bizim, o cümlədən, hüquq-mühafizə orqanlarının, yerlərdə İcra hakimiyyətlərinin nəzdində yaradılmış dini komissiyaların apardıqları işlər bütövlükdə xeyli dəyişiklik yaradıb. Bölgələrdəki şöbələrimizdən aldığımız məlumatlara görə, dini radikal qrupların üzvləri də bu yoldan çəkilir, sayları tədricən azalır. O cümlədən, Suriya, İraq və digər yerlərdə dini məsələyə aid olmayan, geopolitik baxımdan hansısa maraqları ifadə edən müharibələrə getmək istəyənlər də demək olar ki, yox dərəcəsinə enməkdədir. O yerlərə gedən, peşman olaraq qayıtmaq istəyənlər də var. Bir daha bəyan edirəm ki, müqayisə aparılsa, digərlərinə baxanda azərbaycanlıların bu tip hərbi əməliyyatlarda iştirakı çox aşağı səviyyədədir, belələrinin sayı çox azdır. Bizim apardığımız işlər öz nəticəsini verir”.
M.Qurbanlı qeyd edib ki, ölkədə sosial-iqtisadi yüksəliş, ideoloji baxımdan azərbaycançılıq ideyasının geniş şəkildə özünə yer tapması, orta və ali məktəblərdə aparılan işlər, o cümlədən Beynəlxalq Multikultiralizm və Bilik Fondunun, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin və digər şöbələrinin apardıqları işlər kompleks şəkildə radikal dini qrupların “fəaliyyət”ini heçə endirir və bundan sonra da endirəcək: “Din pərdəsi altında kimsə siyasi məqsədlərinə çatmaq, kimlərsə özlərinin iqtisadi, merkantil maraqlarını ifadə etmək, kimlərsə bütövlükdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik hərəkətlər etmək istəsə, onların qarşısı bütün vasitələrlə alınacaq, alınmalıdır. Burada başqa bir variant, fikir yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

