“İqtidar həmişə dialoqa hazırdır”
17.12.2014 [10:23]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb:
- Dekabrın 13-ündə Bakıda iqtidar-müxalifət görüşü oldu. Bu dialoqun davamı gözlənilirmi?
- Bu, vacib amillərdən biridir. Uzun müddət idi belə hadisə baş vermirdi. Düzdür, əvvəllər olub. Bir neçə ay öncə parlamentdə təmsil olunan siyasi partiyaların bir toplantısı keçirildi. Yeni Azərbaycan Partiyasında dialoqla bağlı komissiya fəaliyyət göstərir. Komissiyaya elə 13 dekabr görüşünün iştirakçısı olan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edir. Partiyaların təklifləri, rəyləri toplandı, öyrənildi. Sonradan isə Azərbaycanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən partiyaların çox böyük hissəsi dialoq məsələsində iştirak etdi.
Ümumilikdə, proses onu göstərdi ki, iqtidar həmişə dialoqa hazırdır. Bu, söz deyil, həm də əməldir. Təbii ki, dekabrın 13-də qaldırılan məsələlər aidiyyəti orqanlarla Prezidentə çatdırılacaq, müzakirə olunacaq. Xüsusən bir neçə məsələ siyasi sistemin daha da möhkəmlənməsi üçün irəli sürülən təkliflərdən ibarətdir. Məqbul, reallığı əks etdirən, qərəzsiz təkliflər, təbii ki, qəbul olunacaq, müvafiq addımlar atılacaq.
- Xalq Cəbhəsi və Müsavat partiyaları prosesdə iştirak etmədi. Niyə iştirak etmədiyinin təfərrüatı sizə məlumdurmu? Dəvət olunublarsa, cavab necə olub? Əgər dəvət edilməyiblərsə, səbəbi nə olub?
- Görüş elan olunmuşdu və hər bir partiyaya da dəvət göndərilmişdi.
- Yazılı, yoxsa şifahi?
- Ümumi razılıq var idi, siyasi partiyalara elan edilmişdi ki, kim istəyirsə, görüşdə iştirak edə bilər. Söhbət Müsavat Partiyasından gedirsə, o, dialoqa qoşulmaq üçün arzu və istəyini bildirdi. Amma sonradan partiyanın qurultayının ədalətsiz keçirilməsi, qurultayda saxtakarlığa yol verilməsi nəticəsində “Müsavat” daxilində problemlər çox ciddiləşdi. Artıq “Müsavat”ın özünün daxilində bir dialoqa ehtiyac var. Bu partiyada tərəflər arasında ciddi qarşıdurma, fikir ayrılığı mövcuddur. Hansı tərəf “Müsavat”ı dialoqda təmsil edəcəkdi? Bir tərəf indiki rəhbərliyin legitimliyini, qurultayın qərarlarını tanımır, digər tərəf isə, nizamnamə tələblərinə, söz və fikir azadlığına qarşı çıxaraq onları partiya sıralarından xaric edib. Onlar özləri bir razılığa gəldikdən sonra partiya adından çıxış edə bilərlər. Faktiki olaraq bu gün partiyanı heç kəs təmsil etmir, hüquqi cəhətdən də təmsil etmək imkanı yoxdur.
- Amma seçilmiş başqan var...
- O, qəbul olunmur. Son mitinq də bunu göstərdi ki, seçilmiş başqanın nüfuzu nədən ibarətdir. Mitinq, sadəcə olaraq, valideynlər toplantısı idi. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, mitinqdə 400 nəfər iştirak edib, o da məsuliyyətə cəlb olunmuş insanların valideynləri və başqa yaxınları olub. Bəzi ailələrdən mitinqdə beş nəfər iştirak edib. Faktiki olaraq “Müsavat”ın digər üzvləri və rayon təşkilatları mitinqə qoşulmadı. Bu onu göstərir ki, həmin şəxslər partiyanın qərarlarını qəbul etmirlər. Ona görə “Müsavat”ı faktiki heç kəs təmsil etmir və dialoqda iştirak edə bilmədilər.
Xalq Cəbhəsi Partiyasına gəldikdə, təşkilat bu gün Azərbaycan xalqının deyil, erməni lobbisi gücünə maliyyələşən xarici təşkilatların maraqlarının təmsilçisidir. Onlar ölkəmizin marağını güdmür ki, hansısa dialoq da aparsın. Xarici təşkilatlardan və ya ölkə səfirlərindən hansı göstəriş verilibsə, onunla da oturub-dururlar. Bunu partiyanın rayon təşkilat sədrləri də etiraf edir və istefa verib gedirlər. Əli Kərimli və ətrafındakı qəzetin səhifəsində fəaliyyət göstərən üç-dörd adamdan başqa bu partiyada heç kəs yoxdur. Həmin şəxslər də arabir müxtəlif populyar mövzular seçib sərbəst toplaşmaq azadlığından istifadə edirlər. AXCP elə “Müsavat”ın vəziyyətindədir, 50-60 nəfər fərq edə bilər. O da xaricdən alınan maliyyənin hesabınadır ki, pul paylamaq yolu ilə insanları ətraflarına cəlb edirlər.
- Əksəriyyət hesab edir ki, Azərbaycanda real müxalifət “Müsavat” və Xalq Cəbhəsi partiyalarıdır. Onların olmamağı dialoqun effektini azaldır. Sizcə, “Müsavat” və AXCP-siz keçirilən dialoq effektlidirmi?
- Səslənən fikirlər qəti belə deyil. Birinci növbədə, hakimiyyət bəyan edib ki, qapılar açıqdır. Digərləri kimi gizli qapı arxasında hansısa səfirlərlə görüşmürük, bütün siyasi partiyaların iştirakı ilə dialoq aparırıq. Kimin nə fikri, sözü, rəyi, təklifi varsa, buyursun, bildirsin. AXCP və “Müsavat”ın nə sözü, nə də fikri var. Ona görə də dialoqda iştirak etmədilər. İkinci tərəfdən, bu partiyalar heç seçkidə də iştirak etmir. Qarşıdan gələn bələdiyyə seçkilərinə getmirlər, çünki sosial bazaları, elektoratları yoxdur. Parlamentdə təmsil olunan və olunmayan partiyalar var ki, sosial bazasına, ideya xəttinə görə də, Vətənə, xalqa, siyasi sistemin möhkəmlənməsinə görə də onlardan artıq iş görür. AXCP və “Müsavat” söyüşü başqa formada edirlər və düşünürlər ki, daha ciddi müxalifətdirlər. Ciddi müxalifət onunla seçilir ki, alternativ təklif və rəyləri olur, hər dediyi fikri əsaslandırır. Şayiə, böhtan, qarayaxma, müxtəlif təşkilatların öyrətməsi göstərici deyil.
Avropada, dünyada da görürük ki, partiya qışqırmağı, söyüş söyməyi ilə yox, yönümü ilə tanınır. Axşama kimi Avropadan gizli informasiya alırlar, heç olmasa strukturlarını da öyrənsinlər.
- Növbəti görüşə AXCP və “Müsavat” çağırıla bilərmi?
- Yenə deyirəm, görüş müəyyən olunur və elan edilir. Hansı siyasi partiya iştirak etmək istəyirsə, o sərbəstdir. Bir neçə partiya özü görüş keçirmək istəyirdi. Amma elan olundu ki, iqtidar-müxalifət dialoqundan söhbət gedirsə, hamı iştirak etməlidir.
- “Müsavat”la AXCP-nin iştirakı arzu olunurmu?
- Təbii ki, iqtidar elan edib. Sözləri varsa, buyursunlar.
- Siyavuş müəllim, nəticələr haqda soruşmaq hələ tezdirmi? Müzakirələrdə səslənən təkliflərin reallaşdırılması istiqamətində hansı nəticələr ola bilər və olacaqmı? Hamını bir sual düşündürür: toplanıldı, danışıldı, sonra?..
- Qaldırılan məsələlərə baxılmalıdır, hansılar reallığı əks etdirir, hansı abstraktdır. Tutaq ki, siyasi partiyaların maliyyələşməsi ilə bağlı fikir irəli sürülüb. Bilirsiniz ki, seçkidə iştirak edən və ya iştirak edib seçicilərin 3 faizinin səsini toplaya bilən partiyalar dövlət büdcəsindən maliyyələşə bilər. Dialoqda təklif olunur ki, vəsaitin bir hissəsi qeydiyyatdan keçmiş partiyalara da aid edilsin. Bu, müzakirə oluna bilər. Proporsional seçki sisteminə gəldikdə, bu, konstitusion məsələdir, ona görə referendum keçirilməlidir. Növbəti parlament seçkisinə isə 8-9 aya qədər vaxt qalır. Digər ümumi məsələlərin hamısı müzakirə ediləcək, reallığı, mövcud ictimai şəraiti əks etdirənlər, təbii ki, qəbul olunacaq. Qəbul edilməyənlərlə bağlı izahat veriləcək.
Xəbər lenti
Hamısına baxMədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53

