Musa Quliyev: Arif Hacılı həmişə iğtişaş və qarşıdurma tərəfdarı olub
20.12.2014 [12:24]
“Yeni Azərbaycan Partiyası dialoqa meyilli, ölkədə siyasi sabitliyin qorunmasına töhfə vermək istəyən siyasi qüvvələrlə həmişə dialoqu davam etdirəcək”
“Ümumiyyətlə, Müsavat Partiyasının başqanı Arif Hacılı dialoq adamı deyil”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Müsavat Partiyasının başqanı Arif Hacılının iqtidar-müxalifət dialoquna razılıq versə də, amma sonradan bundan imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, Arif Hacılı təxminən 1980-ci illərin sonundan ictimai-siyasi həyatda olsa da, bir dəfə də olsun özünü dialoq tərəfdarı kimi göstərməyib: “O, həmişə iğtişaş və qarşıdurma tərəfdarı olub. Bu şəxs hər zaman icazə verilməyən, Azərbaycan hökuməti tərəfindən razılaşdırılmayan mitinqlərin önündə gedir və gərginlik yaradan insanlardan biri olub. Bu mənada A.Hacılının Müsavat Partiyasının başqanı seçilməsi ilə partiya daha da radikallaşdırılıb və orada artıq parçalanmalar gedir. Ümumiyyətlə, radikal şəxs heç bir dialoqa getmək iqtidarında deyil. Təbii ki, bu, onun da xarakterindən irəli gələn bir məsələdir. Hesab etmirəm ki, yerli qüvvələr Arif Hacılının iqtidar-müxalifət dialoquna qoşulmasına razılıq verməsinlər. Çünki daxildə bizim siyasi müxalifətimiz çox zəifdir və onların hər hansı bir təsir imkanları da yoxdur. Ola bilər ki, müxalifətlə əlaqəli olan xarici təşkilatlar, Azərbaycanda sabitliyi, vətəndaş həmrəyliyini, siyasi dialoqu istəməyən qüvvələr A.Hacılıya təsir etsin. Nə “Müsavat”ın, nə də AXCP sədri Əli Kərimlinin qrupunun Azərbaycanın ictimai-siyasi həyatında o qədər böyük təsiri olmadığına görə iqtidar-müxalifət dialoqunda da iştirak edib-etməmələrinin bir o qədər əhəmiyyəti yoxdur”.
M.Quliyev bildirib ki, bu yaxınlarda Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən iqtidar-müxalifət dialoqu başlanğıc üçün çox yaxşı bir addım idi ki, burada da uğurlu nəticələr əldə olundu: “Hesab edirəm ki, dialoqa meyilli, ölkədə siyasi sabitliyin qorunmasına töhfə vermək istəyən siyasi qüvvələrlə Yeni Azərbaycan Partiyası həmişə dialoqu davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

