Azərbaycan regionda qarşıdurma səhifəsini bağlamaqda maraqlıdır
21.05.2026 [11:52]
Postmünaqişə bərpa səylərimiz sülh quruculuğu strategiyasının ayrılmaz hissəsidir
Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi mövqe və davranışlar həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq münasibətlər sistemində sabitlik, əməkdaşlıq və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsindən sonra ölkənin əsas prioriteti regionda davamlı sülhün təmin olunması, kommunikasiya əlaqələrinin bərpası və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi oldu - Azərbaycan qalib dövlət kimi revanşist yanaşmadan uzaq duraraq beynəlxalq hüquq normalarına əsaslanan konstruktiv siyasət yürütdü, sülh müqaviləsinin imzalanması üçün təşəbbüslərlə çıxış etdi. Xüsusilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasının göstəricisidir.
15 milyard ABŞ dolları həcmində investisiya...
Azərbaycanın təşviq etdiyi sülh və əməkdaşlıq modeli region xalqlarının rifahına, təhlükəsizliyinə və firavan gələcəyinə xidmət edir. Eyni zamanda, ölkənin beynəlxalq humanitar təşəbbüslərdə fəal iştirakı və multikultural dəyərlərə sadiqliyi onun qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda keçirilmiş tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycanın postmünaqişə bərpa səyləri sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir: O bildirib ki, bu strategiya daha firavan gələcəyin qurulmasına xidmət edir - Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və məskunlaşdırma layihələrinə təxminən 15 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Onun sözlərinə görə, Azərbaycan bununla regionda qarşıdurma səhifəsini bağlamaqda səmimi marağını nümayiş etdirib.
Asiya ilə Avropa arasındakı əlaqələr daha da möhkəmlənəcək
Müasir dünyamızda əsas inkişaf predmeti kimi əlaqələndirmə, inteqrasiya və yaxın münasibətlər öncül yer tutur. Güclü nəqliyyat şəbəkəsi şəhərlərin böyüməsinə, yeni yaşayış məntəqələrinin formalaşmasına və iqtisadi fəallığın artmasına şərait yaradır. Magistral yollar, dəmir yolları və logistika mərkəzləri sənaye sahələrinin inkişafını sürətləndirir, əmək mobilliyini artırır və investisiya axınını gücləndirir. Bununla yanaşı, urbanizasiya prosesləri mənzil tələbatını artıraraq yeni infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Müasir və dayanıqlı nəqliyyat sistemləri ekoloji tarazlığın qorunmasına, iqlim dəyişikliklərinin təsirinin azaldılmasına və insanların həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir. Azərbaycanın həyata keçirdiyi səylər, ortaya qoyduğu siyasi iradə də məhz bu istiqamətdədir. XİN başçısı deyib ki, nəqliyyat dəhlizləri, infrastruktur və urban inkişaf bir-biri ilə sıx bağlıdır. Müasir nəqliyyat dəhlizləri məskunlaşma proseslərinə, sənaye inkişafına, əmək mobilliyinə, investisiya hədəflərinə, mənzil tələbatına və iqlim dayanıqlılığına eyni vaxtda təsir göstərir. Ceyhun Bayramov qeyd edib ki, davamlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli iqtisadi və sosial faydaların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini deyən nazirin sözlərinə görə, şəhər, qəsəbə və kəndlər davamlılıq, “ağıllı” idarəetmə, yaşıl enerji, iqlim dayanıqlılığı və insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur.
Bakının təşəbbüsləri həm də qlobal miqyasda əlaqələndirmədə mühüm yer tutur. Ceyhun Bayramov bildirib ki, müxtəlif regionlardakı sənaye zonaları arasında yeni əlaqələrin yaradılması, iqtisadi imkanların bərpası uzunmüddətli sülh və əməkdaşlıq üçün şərait və imkanların formalaşdırılması deməkdir: O bildirib ki, yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir. Bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir. Bu baxımdan, onların təsiri Azərbaycanın sərhədlərindən xeyli kənara çıxaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir və daha geniş regional iqtisadi artıma və əməkdaşlığa töhfə verir.
XİN başçısı onu da əlavə edib ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Şimal-Cənub Dəhlizinin əsas təşviqedicilərindən biri kimi beynəlxalq səviyyədə tanınan roluna söykənərək, postmünaqişə strategiyasının tərkib hissəsi olaraq multimodal nəqliyyat bağlantılarının inkişafını ardıcıl şəkildə təşviq edir: “2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu təşəbbüsünün əsasını qoyub. Bu təşəbbüs yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin etməyəcək, eyni zamanda, dəmir yolları, avtomobil magistralları, enerji kəmərləri, elektrik və fiber-optik kabellər vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni strateji bağlantı xətti yaradacaq”.
Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu və Türkiyənin yeni Qars-İğdır-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizini tamamlayaraq regional bağlantını gücləndirəcək və Asiya ilə Avropa arasındakı əlaqələri daha da möhkəmləndirəcək.
Möhkəm zəmin...
Təbii ki, bu imkanların genişləndirilməsi həm də bölgədə formalaşan sabbitlik və sülh ilə birbaşa əlaqəlidir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn sülh prosesi, Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə də yeni dinamizmin formalaşmasına yol açır. Bakının Ermənistana münasibətdə humnaist mövqedən çıxış etməsi - ixrac-idxal imkanlarına icazə verməsi həm regional, həm də beynəlxalq əməkdaşlığa böyük töhfədir. Nazir çıxışında vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası regionda yeni dinamika yaradıb, əməkdaşlıq, ticarət, əlaqələndirmə və iqtisadi inkişaf üçün yeni imkanlar açıb.Nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regional əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

