/ / Regional konfransda yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
Regional konfransda yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
23.01.2015 [09:38]
Yanvarın 22-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda regional konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında nəşr olunan qəzet və jurnalların redaktorları, KİV təmsilçiləri iştirak ediblər.
Konfransda çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müzakirə edilən mövzunun aktuallığını diqqətə çatdıraraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində rayonda həyata keçirilən infrastruktur layihələri, tikinti və abadlıq işləri barədə məlumat verib.
Lənkəran rayonunda yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında qarşılıqlı əlaqələrin yaradıldığını vurğulayan T.Qaraşov bu sahədə heç bir problemin olmadığını, jurnalistlərin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu il qurumun ilk tədbiri Lənkəranda keçirilir.
Azad sözün, azad mətbuatın inkişafı ilə bağlı ötən il 10 bu cür tədbirin keçirildiyini qeyd edən V.Səfərli il ərzində fondun keçirdiyi fərdi yazı müsabiqələrində 500 jurnalistin iştirak etdiyini, onlardan 350 nəfərinin qalib kimi mükafatlandırıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, KİVDF tərəfindən 19 istiqamət üzrə layihələr həyata keçirilir. Bu layihələr 30-dan çox qəzetdə işıqlandırılıb.
Bildirilib ki, hər ilin yekunlarına görə, jurnalistlərlə və fond ilə sıx əməkdaşlıq edən rəhbər işçilər mükafatlandırılır. 2014-cü ilin yekunlarına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov fondun diplomuna layiq görülüb.
V.Səfərli diplomu Taleh Qaraşova təqdim edib.
Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qlobal informasiya məkanında media təhlükəsizliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli informasiya əldə etmək haqqında qanunvericiliyin tələbləri, KİVDF-nin Müşahidə Şurası sədrinin müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə peşə və davranış qaydalarını pozan “reket jurnalistlər” barədə çıxış ediblər.
Regional konfransda çıxış edən bölgə jurnalistləri-”Yeni gün” qəzetinin redaktoru Böyükxan Bağırlı, “Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov, “Astara” qəzetinin redaktoru Azər Abdullayev, “Respublika” qəzetinin cənub bölgəsi üzrə müxbiri Əlisəfa Həsənov yerli icra hakimiyyətləri ilə KİV-lər arasında əlaqələrdən söhbət açaraq mövzu ilə bağlı təkliflərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

