/ / Azərbaycan nümayəndə heyəti Los-Ancelesdə bir sıra yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb
Azərbaycan nümayəndə heyəti Los-Ancelesdə bir sıra yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb
04.02.2015 [10:04]
Los-Ancelesdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bu şəhərdə fəaliyyət göstərən bir sıra yəhudi təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, baş konsulluğun təşkilatçılığı ilə keçirilən ilk görüş Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Los-Ancelesdəki İdarə heyətinin üzvləri ilə olub.
Görüşdə nümayəndə heyətinin üzvləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ravvin Avraam İsakovla yanaşı, baş konsul Nəsimi Ağayev də iştirak edib.
Yəhudilərin Azərbaycandakı vəziyyətindən danışan Yevda Abramov ölkəmizdə demokratik və dünyəvi cəmiyyət formalaşdığını, bütün etnik və dini qrupların sərbəst fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, yəhudilərin Azərbaycanda heç bir problemi yoxdur və Azərbaycan - İsrail münasibətləri inkişaf etməkdədir. Lakin təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti hələ də davam edir və bundan bütün ölkə vətəndaşları, o cümlədən yəhudilər əziyyət çəkirlər.
Milix Yevdayev isə Dağ yəhudiləri icmasının tarixindən və dövlətin icmaya qayğısından danışıb. Bildirib ki, 25 əsrdir yəhudilər Azərbaycanda yaşayırlar və bu müddət ərzində onlarla azərbaycanlılar arasında yalnız qardaşlıq münasibətləri mövcud olub.
Gündüz İsmayılov Azərbaycanda dövlət-din münasibətlərindən, tarixən formalaşmış tolerantlıq ənənələrindən və həmin ənənələrin bu gün də davam etdirilməsindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar da bərpa olunub və yenidən qurulub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə 2011-ci ildə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni sinaqoq inşa edilib. Dini icmalara dövlət tərəfindən hər cür yardım göstərildiyini qeyd edən G.İsmayılov bildirib ki, Azərbaycan təkcə təbii sərvətlərə deyil, həm də zəngin mədəniyyətə sahibdir, ölkədə multikultural mühit hökm sürür. Bu baxımdan, Azərbaycan cəmiyyəti beynəlxalq aləmdə tolerantlıq modeli kimi qəbul edilir.
Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin rəsmi nümayəndəsi Maykl Tuşen Azərbaycanda yəhudilərə yüksək münasibət olduğunu, həm Azərbaycan-İsrail, həm də Azərbaycan-ABŞ əlaqələrinə böyük əhəmiyyət verdiklərini bildirib. Qeyd edib ki, istər region, istərsə də İslam dünyasının əhəmiyyətli dövləti olan Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi vacibdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kolumbiya Universitetinin nəzdindəki Hillel Mərkəzinin rəhbəri ravvin Chaim Seidler Feller və Amerika Yəhudi Komitəsinin Los-Angeles bölməsinin İdarə Heyətinin üzvləri ilə də görüşüblər.
Görüşdə Azərbaycanda yəhudi icmasına yaradılmış şərait, Azərbaycan-İsrail, Azərbaycan-ABŞ münasibətləri, əlaqələrin inkişafında yəhudi icmasının rolu barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01

