Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidentləri Bakıya toplaşıb
05.02.2015 [10:25]
Fevralın 4-də Bakıda dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA-İnternational) beynəlxalq təşkilatının prezidentlərinin 50-ci beynəlxalq görüşü başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən görüşdə Avropanın 28 ölkəsindən 61 rəhbər nümayəndə olmaqla 150 gənc hüquqşünas iştirak edir.
Açılış mərasimində çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu tədbirin Azərbaycan Gəncləri Gününün qeyd edilməsi ilə eyni vaxta düşməsi təsadüfi deyil. Bu, ölkəmizdə gənclərə göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Azərbaycanda hüquq sahəsində islahatların həyata keçirilməsində gənc hüquqşünaslar yaxından iştirak edirlər.
Ə.Hüseynli vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatlarının, eləcə də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ən uğurlu nümunəsi olan “ASAN xidmət” mərkəzlərində çalışanların da böyük əksəriyyəti məhz gənclərdir. Təqdirəlayiq haldır ki, “ASAN Könüllüləri” Gənclər Təşkilatının üzvləri də ELSA-nın Azərbaycan nümayəndəliyinin tərkibində fəaliyyət göstərirlər. Bu amil ELSA-nın Azərbaycandakı fəaliyyətinin, eləcə də ölkəmizdə gənclərlə bağlı siyasətin göstəricisidir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə hüquq təhsili alan tələbələrin, gənclərin müxtəlif sahələrdə yüksək fəallıq göstərdiklərini bildirib. Bu, onun göstəricisidir ki, hüquq təhsilli insanlarımız cəmiyyətdə həmişə ön sıralarda olurlar.
V.Quliyev diqqətə çatdırıb ki, ELSA-nın Azərbaycan nümayəndəliyi ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərir, müxtəlif layihə və təşəbbüslərlə çıxış edir. O, ELSA beynəlxalq təşkilatının və qurumun Azərbaycan nümayəndəliyinin bundan sonra da təşəbbüskarlığı davam etdirəcəyinə əminliyini bildirib.
ELSA-nın beynəlxalq idarə heyətinin sədri Armin Xoşneviszade Avropa Hüquqşünas Tələbələr Assosiasiyasına üzv təşkilatların prezidentlərinin 50-ci görüşünün Bakıda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. O, ELSA-nın Azərbaycan nümayəndəliyinin təşkilatın ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycanın gənclər ölkəsi olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev respublikamızda bu sahədə reallaşdırılan layihələr, əldə edilmiş nailiyyətlər və həyata keçirilən gənclər siyasəti ilə bağlı məlumat verib.
Tədbirdə tələbə hüquqşünasların cəmiyyətin həyatında fəal rol oynadıqları qeyd edilib və bu təşkilatın fəaliyyəti yüksək qiymətləndirilib.
ELSA-nın Azərbaycan nümayəndəliyinin sədri Bayram Orucov təşkilatın beşillik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib, yeni layihəni - “ELSA Forumu”nu təqdim edib.
“ELSA Forumu”nun ilk qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Xarici İşlər Nazirliyinin idarə rəisi Qaya Məmmədov olublar.
Forumun bölmə iclasında Q.Məmmədov “Azərbaycanın regionda sülhə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəsi”, İ.Kərimov isə “Yeni Azərbaycan brendi “ASAN xidmət” - dövlət xidmətlərinin göstərilməsində innovasiya” mövzularında çıxışlar edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA 210 universitetdə təhsil alan 40 mindən artıq gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişlənməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir.
Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir. ELSA-nın Azərbaycan nümayəndəliyinin 1500-dən artıq üzvü var.
Qeyd edək ki, beynəlxalq tədbir çərçivəsində iştirakçıların “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıqları nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02

