Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında da Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəyik
10.02.2015 [09:53]
ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında Dağlıq Qarabağ məsələsi də gündəmə gətiriləcək.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasını komitənin sədr müavini, Milli Məclisin üzvü Azay Quliyev aparacaq: “ATƏT-in elə bir tədbiri yoxdur ki, orada müzakirə olunan məsələlər çərçivəsində fürsətdən istifadə edib, Dağlıq Qarabağ problemini gündəmə gətirməyək. Bu dəfə də belə olacaq. Orada yay sessiyasına hazırlıq üzrə aralıq məruzələr dinləniləcək. O məruzələrdə ATƏT-in fəaliyyət sahəsinə aid olan münaqişələrin qarşısının alınması, nəticələrin aradan qaldırılması istiqamətində fəaliyyət əksini tapır. Təbii ki, həlli uzadılmış münaqişələr və Ukraynadakı hadisələrin müzakirəsi çərçivəsində də Dağlıq Qarabağ məsələsi gündəlikdə olacaq”.
Bahar Muradova ATƏT-də müzakirə olunan bütün məsələlərin Azərbaycanı maraqlandırdığını və bütün məsələlərlə bağlı Azərbaycanın öz mövqeyini səsləndirdiyini qeyd edib: “Bizim fəaliyyətimiz Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşmır. ATƏT-in fəaliyyət çərçivəsinə çox məsələ daxildir. Biz həm iqtisadi, həm hərbi-siyasi, həm də insan haqları sahələrində bütün məsələlərdə mövqeyimizi bildiririk. Eyni zamanda tənqidlərimizi çatdırır, bu və ya digər müsbət məqamları qeyd edirik”.
Xəbər lenti
Hamısına baxİdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55

