Azərbaycanda son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8 dəfədən çox artıb
19.02.2015 [12:37]
Əli Abbasov: 2018-ci ilə qədər Azərbaycanda 85 faiz yüksək sürətli, geniş zolaqlı internetə çıxış olacaq
Məlum olduğu kimi, ölkəmizdə informasiya-kommunikasiya sektorunun üstün inkişafının təmin edilməsi respublikanın yeni inkişaf paradiqmalarından biri kimi müəyyənləşdirilib.
Bütün sahələrdə dinamik inkişafa nail olan Azərbaycan, həmçinin, Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk və yeganə dövlətdir. Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” respublikamızda İKT sahəsində yeni bir mərhələnin əsasını qoyub.
İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı strategiya Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilir. Bu gün respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafına dövlət qayğısı çoxşaxəlidir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb. Qısa müddətdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Hərtərəfli dövlət qayğısı və güclü maliyyə təminatı ölkəmizdə İKT sektorunun dinamik inkişafını təmin edib. Son 10 ildə respublikamızda informasiya-kommunikasiya texnologiyaları sektorunda hər il 20-25 faiz civarında artım müşahidə edilib, sektor hər 3 ildə 2 dəfə genişlənib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8 dəfədən çox artıb.
Eyni zamanda, Azərbaycan orbitə özünün iki süni peykini çıxarmaqla kosmik sənayesi olan ölkələr sırasına qoşulub. Həmçinin, internet istifadəçilərinin sayı və artımı baxımından da öncül yerlərdən birini tutur.
Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının iclasında çıxış edən rabitə və yüksək texnologiyalar naziri, YAP Siyasi Şurasının üzvü Əli Abbasov da ölkəmizdə İKT-nin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Nazir bu baxımdan Azərbaycanın beynəlxalq hesabatlarda öncül yerlərdə olduğunu vurğulayıb. Ə.Abbasov bildirib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramı”nda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olan bir çox sahələr var ki, bu istiqamətdə fəaliyyət davam edir: “Həmçinin, biz cənab Prezidentin qarşıya qoyduğu vəzifələrlə əlaqədar özümüz üçün gələcək planlarımızın əsas istiqamətlərini müəyyənləşdirmişik. Birinci növbədə infrastruktur layihələrinin həyata keçirilməsi diqqət mərkəzindədir. Bu layihələrdən danışanda XXI əsrin ən böyük infrastrukturu olan informasiya şəbəkəsi infrastrukturunu qeyd edə bilərik. Biz stasionar, mobil rabitə şəbəkələrinin, həmçinin də internetin inkişafı üçün müəyyən nəticələr əldə etmişik. Bu gün internet istifadəçilərinin səviyyəsi Azərbaycanda 73 faizdir. Çox maraqlıdır ki, bu göstərici Bakı şəhəri üzrə 87, regionlar üçün isə 68 faizdir. Bu, o deməkdir ki, sözün həqiqi mənasında, regionların inkişafına böyük diqqət yetirilir. Azərbaycan dünyada 8-ci ölkədir ki, dövlət informasiya texnologiyalarının inkişafına diqqət dərəcəsi, indeksinə görə seçilir”.
“2018-ci ilə qədər Azərbaycanda 85 faiz yüksək sürətli, geniş zolaqlı internetə çıxış olacaq”, - deyən nazirin sözlərinə görə, yüksək sürətli və geniş zolaqlı internet kəndlərdə 30, şəhərdə isə 100 mb saniyə deməkdir: “Təbii ki, bu, çox yaxşı göstəricidir. Əgər 2018-ci ilin sonuna kimi biz ona çata bilsək, o zaman inkişaf etmiş ölkələrin səviyyəsinə daxil ola bilərik”.
Ölkəmizin regionlarında da İKT-nin inkişafına xüsusi diqqət yetirildiyini deyən nazir bölgələrdə elektron xidmətlərin səviyyəsinin artmaqda olduğunu qeyd edib: “Artıq elektron xidmətlərdən istifadə edənlərin sayı 7 milyonu ötüb. 400-dən artıq isə elektron xidmətlər göstərilir”.
Ə.Abbasov bildirib ki, iki il ərzində 7 milyon 200 min elektron xidmət həyata keçirilib. Onun sözlərinə görə, daimi istifadəçilərin sayı isə artıq 1 milyon 200 mini ötüb. “İnformasiya resursları biznes sektoru üçün tamamilə açılır. Xidmətlərdən istifadə kommersiya fəaliyyəti üçün də yararlı olacaq. Bu da o deməkdir ki, dövlətin bir çox resursları, informasiya resursları biznes sektoru və əhali üçün tamamilə açılır. İstənilən kiçik kompaniyalar, həvəskarlar özləri bu resurslardan istifadə edərək yeni xidmətlərin hazırlanması və istifadəyə verilməsi, həmçinin, müəyyən qədər onlardan kommersiya fəaliyyəti üçün də istifadə edə biləcək”, - deyə nazir vurğulayıb. Ə.Abbasov onu da bildirib ki, ölkə əhalisinin 99 faizi rəqəmsal yayıma qoşulub. Artıq dünyada da analoq yayımdan imtina olunur.
Nazir poçt vasitəsilə maliyyə-bank xidmətlərinin göstərilməsinə başlandığını da deyib. Onun sözlərinə görə, bütün rayon və kəndlərdə poçtların fəaliyyət göstərdiyini nəzərə alsaq, belə bir xidmətin göstərilməsi bölgə əhalisinin maraqlarına tam uyğundur. Bu həm də regionların inkişafının göstəricisidir.
Göründüyü kimi, ölkəmizin daha da dinamik inkişafı və əhalinin rifahının daha da yüksəldilməsi üçün İKT-nin imkanlarından geniş istifadə olunur. Hazırda isə 2020-ci ilə qədər bu sahənin ÜDM-də payının əhəmiyyətli dərəcədə artırılması hədəflənir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

