Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının 3-cü iclası keçirilib
03.03.2015 [09:52]
Martın 2-də Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının 3-cü iclası keçirilib.
İclasda 2016-cı ildə Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunub.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işlərinin plana uyğun həyata keçirildiyini, qurumun baş katibliyi və Şuranın digər üzvləri ilə sıx şəkildə müzakirələrin aparıldığını qeyd edib. Baş direktor əminliklə bildirib ki, AZƏRTAC bu Konqresin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirləri görəcək.
Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn gələn il AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək V Konqresin təşkilati işlərinin gedişinin lazımi səviyyədə olduğunu bildirib. O, bir çox məsələlərdə SPA-nın Konqresin keçirilməsi ilə bağlı təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edib.
İclasda, həmçinin Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Reuters xəbər agentliyinin Avropa üzrə vitse-prezidenti Yoaxim Şmalts, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Argentinanın TELAM agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj və Türkiyənin Anadolu agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ercan Göçer iştirak ediblər.
İclasda növbəti Konqresin keçiriləcəyi vaxtın, məruzəçilərin və iştirakçıların tərkibinin, panel iclaslarının mövzularının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi və 2016-2019-cu illərdə quruma AZƏRTAC-ın sədrlik etməsi haqqında qərar 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin və beynəlxalq informasiya təşkilatlarının, həmçinin SKY News Arabia, Los-Anceles Times, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri IV Konqresdə qəbul olunub.
Dünyanın müxtəlif ölkələrindən xəbər agentliklərinin daxil olduğu bu beynəlxalq qurumun əsas məqsədi qərəzsiz xəbər çatdırılmasını, mətbuat azadlığı prinsipini, xəbər agentliklərinin inkişafını dəstəkləmək, media biznesində qabaqcıl təcrübəni bölüşmək, rəqəmsallaşma, sosial media və alternativ biznes modellərini təkmilləşdirmək işinə yardım etməkdir.
Dünya Xəbər Agentliklərinin əvvəlki dörd konqresi Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib.
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

