Bakıda “Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan gəncliyi” mövzusunda yekun konfrans keçirilib
07.03.2015 [11:06]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu, UNICEF, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə “Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan gəncliyi” mövzusunda yekun konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ARGTMŞ-ın sədri Şahin Seyidzadə, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Bruk və müavini Nato Alhazişvili, “Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə, UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze çıxış ediblər.
Bildiriblər ki, tədbirin məqsədi BMT-nin Post -2015 İnkişaf Gündəliyinin, dayanıqlı inkişaf məqsədlərinin təqdim olunması, Azərbaycanın yeni inkişaf gündəliyindəki prioritetlərin müzakirə edilməsidir.
Diqqətə çatdırılıb ki, həyata keçirilən “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş cəmiyyəti ilə dialoq: Gənclər” adlı milli məsləhətləşmələr 2014-cü ilin iyul-avqust aylarını əhatə edir. Milli məsləhətləşmələr çərçivəsində Bakı, Gəncə və Qubada QHT-lər, hökumət qurumları, mətbuat orqanlarının nümayəndələri və fəal gənclərdən ibarət 100-ə yaxın gəncin iştirakı ilə məsləhətləşmələr keçirilib. Həmin tədbirlərdə iştirakçılar tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa məsələlər müzakirə olunub və ortaya çıxan problemlərin həllinə dair təkliflər verilib. Milli məsləhətləşmələr çərçivəsində toplanan fikirlər və layihənin video və təsviri hesabatı BMT-nin baş ofisinə təqdim olunub. Bunun nəticəsində həyata keçirilən fəaliyyət və nəticələr BMT-nin İnkişaf Proqramının yekun hesabatında öz əksini tapıb.
Konfransda Azərbaycanda iki il ərzində həyata keçirilən milli məsləhətləşmələrin nəticələri nəzərdən keçirilib, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərlə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

