Oğuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
14.03.2015 [10:46]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 13-də Oğuz şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.
İki gün davam edəcək tədbirdə ölkəmizin şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, Ümummilli lider Heydər Əliyevin bununla bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.
Konfransda DQİDK-in sədri Mübariz Qurbanlı çıxış edərək, respublikanın müxtəlif regionlarında keçirilən belə tədbirlərin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ciddi uğurlara imza atmaqdadır. Azərbaycan sürətlə inkişaf edir, hər yerdə abadlıq, quruculuq işləri gedir. Ölkəmizin sosial-iqtisadi inkişafı yüksək səviyyəyə çatıb. Ermənistanın təcavüzü, ərazimizin 20 faizinin işğal altında olması və digər çətinliklərə baxmayaraq, Azərbaycan bölgədə güclü, lider bir dövlətdir. Azərbaycanın sosial-iqtisadi inkişafı Ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir.
“Azərbaycan islam dövlətlərinin içərisində özünəməxsus yeri və rolu olan ölkələrdən biridir. İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu vardır. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında öz sözünü deyə bilən bir ölkədir”, - deyə Mübariz Qurbanlı diqqətə çatdırıb.
Vurğulanıb ki, ölkəmizdə dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Bunu Oğuz rayonunun timsalında da aydın görmək olar. Komitə sədri bildirib ki, Azərbaycan, eyni zamanda, dünyaya inteqrasiya edən bir ölkədir. Bununla belə, xalqımız öz milli-mənəvi dəyərlərini də daim qoruyur.
Konfrans daha sonra işini plenar iclaslarla davam etdirib.
Həmin gün DQİDK-in sədri Mübariz Qurbanlı və rayonda səfərdə olan BMT-nin rezident əlaqələndiricisi Antonius Broek Oğuz şəhərindəki Cümə məscidinə, alban məbədi və sinaqoqlara baş çəkib, tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxİdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55

