Milli Məclisin deputatı Rauf Əliyev Brüsseldə səfərdə olub
11.04.2015 [11:53]
Belçikanın Brüssel şəhərində Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişi (EPAS) tərəfindən beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı seminar keçirilib. Seminarda Milli Məclisin deputatı Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak ediblər. Seminarın əsas məqsədi müxtəlif ölkələrdə beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi barədə qabaqcıl təcrübələrin toplanacağı məlumat kitabçasının hazırlanmasıdır.
Tədbiri EPAS-ın icraçı katibi Stanislas Frossard açaraq qurumun fəaliyyəti barədə geniş məlumat verib. İlk olaraq seminarda “Avropa Şurası Nazirlər Komitəsinin kişi və qadın idmançılara viza verilməsi ilə bağlı üzv dövlətlərə Tövsiyəsi N(99)10” və “Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi ilə bağlı N2.1 Qətnaməsinin müzakirələri olub.
Daha sonra EPAS-ın beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı araşdırmaların nəticəsi və hazırlanacaq məlumat kitabçası layihəsinin geniş müzakirəsi olub. Müzakirələrdə Macarıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Katalin Vizi və Avstriya Xarici İşlər Nazirliyinin nümayəndəsi Edwin Ferner Şengen qaydalarının tətbiqi barədə təqdimatlar ediblər.
İclasda Beynəlxalq Güləş Federasiyası, Beynəlxalq Voleybol Federasiyası, Beynəlxalq Paralimpiya Komitəsi və Serbiya Avarçəkmə Federasiyasının rəhbərləri beynəlxalq yarışların təşkili zamanı vizaların verilməsi ilə bağlı rastlaşdıqları problemlər və görülməsi vacib işlər barəsində məlumat veriblər.
Seminarda Rusiya Federasiyasının, Fransa və Azərbaycanın idman nazirliklərinin nümayəndələri öz ölkələrinin bu sahədə olan ən qabaqcıl təcrübələri və ölkədə keçirilən irimiqyaslı beynəlxalq idman tədbirlərində iştirak edən idmançı və rəsmi nümayəndə heyətlərinə viza verilməsi işinin asanlaşdırılması üçün görülən tədbirlər barədə geniş məlumat veriblər. İclasda xüsusi ilə qeyd edilib ki, son illər hər üç ölkədə irimiqyaslı idman tədbirlərinin sayı xeyli artıb və buna müvafiq olaraq həmin ölkələrdə viza rejiminin asanlaşdırılması üçün dövlət səviyyəsində xeyli müsbət addımlar atılıb.
Seminar çərçivəsində Milli Məclisin deputatı Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin nümayəndəsi İlham Mədətov EPAS-ın icraçı direktoru Stanislas Frossard ilə Avropa Şurası və ölkəmiz arasında idman əlaqələri və gələcək perspektivləri müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

