/ / Ziyafət Əsgərov: Azərbaycanın imicinə xələl gətirmək istəyən qüvvələrin cəhdləri heç vaxt nəticə verməyib
Ziyafət Əsgərov: Azərbaycanın imicinə xələl gətirmək istəyən qüvvələrin cəhdləri heç vaxt nəticə verməyib
25.04.2015 [12:02]
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ilk Avropa Oyunları ərəfəsində bəzi xarici mətbuat orqanlarında Azərbaycanla bağlı yayılan qərəzli yazılara, ölkəmizə qarşı qarayaxma kampaniyalarına münasibət bildirərkən deyib ki, Azərbaycanın imicinə xələl gətirmək istəyən qüvvələrin cəhdləri heç vaxt nəticə verməyib. Ölkəmiz bu sınaqlardan çox çıxıb, ona görə bundan da narahat olmağa heç bir əsas yoxdur.
Ziyafət Əsgərov deyib: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də bəzi xarici mətbuat orqanları, QHT-lər və “sapı özümüzdən olan baltalar” çox çalışdılar ki, bu yarışmaya kölgə salsınlar, Azərbaycanın imicini ləkələsinlər, amma bu cəhdlər heç bir nəticə vermədi. İndi yenə də eyni sözlər deməyə, heç bir mənası, mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verməyə başlayıblar. Amma Azərbaycanın inkişafı göz qabağındadır. Biz Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Artıq idman qurğularının hamısı istifadəyə verilib və bu Oyunların çox yüksək səviyyədə keçiriləcəyini gözləyirik”.
“Bəzi Avropa qeyri-hökumət təşkilatları, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər niyə bir dəfə də olsa, Xocalı soyqırımı haqqında bir bəyanat vermirlər? Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər, niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün olması faktına göz yumurlar? Amma hansısa bir cinayətkarla bağlı tez əldə bayraq tuturlar. Görün burada nə qədər ikili standartlar var!”, - deyə Milli Məclis sədrinin birinci müavini əlavə edib.
Ziyafət Əsgərov qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır və ölkəmizi istəməyən qüvvələrin cavabını verməlidir. Bu məsələdə mətbuatın üzərinə daha böyük məsuliyyət düşür.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

