Azərbaycan multikulturalizmi BBC-nin “dəyirmi masası”nda
01.05.2015 [09:23]
“Azərbaycan multikulturalizmi nədir? Azərbaycan təcrübəsi nə göstərir? Qərbin multikulturalizmə skeptik yanaşdığı bir zamanda Azərbaycanın multikultural təhlükəsizlik konsepsiyasına üstünlük verməsi nə ilə şərtlənir?”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Londonda, BBC-də keçirdiyi “dəyirmi masa”da səslənən suallar müxtəlif olsa da, onların hamısını bir cəhət birləşdirirdi - Azərbaycan multikulturalizmini anlamaq, dünya multikulturalizm təcrübəsində onun yerini müəyyən etmək.
BBMM-dən AZƏRTAC-a verilən məlumata görə, “BBC World Action” Xidmətinin Yaxın Şərq və Avropa üzrə regional direktoru Simon Derri “dəyirmi masa”nın, aparılan fikir mübadiləsinin faydalı olacağına ümid etdiyini bildirib.
BBMM-in icraçı direktoru professor Azad Məmmədovun ətraflı təqdimatı məsələyə aydınlıq gətirməklə yanaşı, dünyanın ən multikultural şirkətlərindən biri sayılan BBC-nin əməkdaşlarında yeni suallar doğurub. “Azərbaycandakı millətlər və dinlər arasındakı harmoniya tarixən hansı köklərdən qidalanır və bu gün onun inkişafı üçün əlverişli mühit yaradılıbmı?”
Bu sualın ikinci hissəsinə cavab qonaqlardan deyil, “dəyirmi masa”nın təşkilatçısı “BBC World Action” Xidmətinin layihələr üzrə meneceri xanım Elli Havortzdan gəlib. Altı ildən çoxdur ki, Azərbaycanda Avropa Şurasının jurnalistika tədrisi ilə bağlı ən böyük layihələrindən birini həyata keçirən xanım Havortz həmkarları ilə özünün Azərbaycan təcrübəsini bölüşüb. O, 2012-2013-cü illərdə Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı kimi Qubaya və Naxçıvana səfərlərini, şahidi olduğu mültikultural mühiti məmnunluqla xatırlayıb.
Azərbaycan mediasında multikulturalizmin işıqlandırılması ilə bağlı sualı cavablandıran BBMM-in müşaviri Aynur Bəşirli bu mövzunun çox həssas olduğunu, jurnalistlərdən məsələyə bələdçilik və yüksək peşəkarlıq tələb etdiyini vurğulayıb. O bildirib ki, Mərkəz jurnalistlər üçün multikultural mövzularda necə yazmağı öyrədən təlimlər təşkil etməyi planlaşdırır. Bildirilib ki, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində seçmə fənn kimi “Multikultural jurnalistika” fənninin tədrisi nəzərdə tutulur.
E.Havortz Avropa Şurasının layihəsi çərçivəsində də bu ideyanın dəstəkləndiyini, onun tezliklə gerçəkləşəcəyinə əmin olduğunu bildirib. A.Bəşirli bu yaxınlarda Bakı Slavyan Universitetində Azərbaycan multikulturalizmi kafedrasının yaradılmasını diqqətə çatdıraraq, bu kafedranın Azərbaycan və dünya multikulturalizminin akademik müstəvidə öyrənilməsi və multikulturalizmin bir fənn kimi tədrisinin təşkilində olduqca önəmli qurum olduğunu qeyd edib.
Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin təkcə ölkədə deyil, həmçinin yeddi xarici universitetdə tədris olunduğunu, sentyabrdan etibarən isə bu universitetlərin sayının artacağını qeyd edib. İcraçı direktor Mərkəzin mütəmadi olaraq “virtual masa”lar keçirdiyini söyləyib. Onun BBC-nin “dəyirmi masa”sının iştirakçılarını növbəti virtual “dəyirmi masalar”dan birinə iştiraka dəvət təklifi maraqla qarşılanıb. Birinci “virtual masa”nın Azərbaycan, rus, ingilis dillərində çap edilmiş broşürü iştirakçılara paylanılıb və BBC-nin kitabxanasına verilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

