/ / YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
05.05.2015 [10:31]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir xanım Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Əli Əhmədov bu səfərin partiyalar arasında dostluq münasibətlərinin etibarlı təməlinin yaradacağına əminliyini bildirib. Azərbaycanla Serbiya arasında münasibətlərin inkişaf etdiyini deyən YAP Sədrinin müavini ötən ay Serbiyanın Baş naziri, Serbiya Tərəqqipərvər Partiyasının sədri Aleksandr Vuçiçin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb. “Sizin səfəriniz isə həm partiyalarımız arasında münasibətlərin əsasının qoyulması baxımından əhəmiyyətlidir, həm də Azərbaycan-Serbiya əlaqələrinin inkişafına töhfə verəcək. Həmçinin, bu səfər nümayəndə heyətinin Azərbaycanla tanış olmasına imkan yaradacaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir Yadranka Yoksimoviç Azərbaycana səfər etməsindən şərəf duyduğunu bildirib. O qeyd edib ki, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. Onun sözlərinə görə, Serbiya Baş nazirinin Azərbaycana səfəri də bu baxımdan çox məhsuldar olub. Qonaq partiyalar arasında əlaqələrin inkişafının da vacib olduğunu diqqətə çatdırıb. Xanım Yadranka Yoksimoviç onu da qeyd edib ki, ölkəsinin parlamentində Serbiya-Azərbaycan Dostluq Qrupu fəaliyyət göstərir ki, onun üzvlərinin sayı 38 nəfərdən ibarətdir. Bu da parlamentdə ən böyük dostluq qruplarından biridir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Yeni Azərbaycan Partiyası və Serbiya Tərəqqipərvər Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10

