Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin bəyanatı
06.05.2015 [10:26]
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi “Amnesty International” beynəlxalq hüquq təşkilatının Avropa Oyunları ilə bağlı qeyri-dəqiq və qərəzli hesabatı ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: “Amnesty International” beynəlxalq hüquq təşkilatının Avropa Oyunlarının başlanmasına 100 gün qalmış yaydığı qeyri-dəqiq və qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır.
Bu hesabatda verilən məlumatlar və İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin İsveçin “Aftonbladet” qəzetinə verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq, Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil.
İsveç Olimpiya Komitəsinin Azərbaycandakı repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır.
Avropa Olimpiya Komitəsindən aldığımız məlumata əsasən onlara İsveç Olimpiya Komitəsindən heç bir məlumat daxil olmayıb və bu məsələ Komitə tərəfindən araşdırılacaqdır.
Biz təəssüf edirik ki, İsveç Olimpiya Komitəsinin prezidenti Azərbaycan haqqında belə bir bəyanatla çıxış edib. Məlumat üçün bildiririk ki, bu insanın Azərbaycana qarşı mənfi münasibəti hələ 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 8-ci Baş Assambleyası vaxtı aşkar olundu. İsveç Olimpiya Komitəsinin prezidentinin özünün etiraf etdiyi kimi, 48 ölkənin iştirak etdiyi seçkilər zamanı İsveç Olimpiya Komitəsi nəinki Avropa Oyunlarına Bakının ev sahibliyi etməsini, ümumiyyətlə Avropa Qitə Oyunlarının keçirilməsinin əleyhinə səs verən 8 komitədən biri olmuşdur.
Qeyd etmək istərdik ki, Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunması haqda danışan İsveç “hüquq müdafiəçiləri” unudurlar ki, 1986-cı il fevralın 28-də İsveçin paytaxtı Stokholmda İsveçin Baş naziri Ulof Palmenin odlu silahdan açılan atəş nəticəsində öldürülməsi, 2013-cü il sentyabrın 11-də İsveçin xarici işlər naziri Anna Lindin qəddarcasına qətlə yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə törədilən hücumlara qarşı İsveç parlamentinin qarşısında təşkil olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni təmsil edirlər. Onların insan hüquqlarının və demokratik rejimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır.
Eyni zamanda, söylənilənlərin əksinə olaraq, Azərbaycanda kütləvi informasiya vasitələrinin, söz azadlığının qorunduğunu və indiyədək Azərbaycana səfər etmiş əcnəbi jurnalistlərin fikirlərinə hörmətlə yanaşıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı irəli sürülən fikirlər də həqiqətə uyğun deyildir.
İsveç Olimpiya Komitəsinin Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakına və xərclərinin “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsinə gəldikdə isə qeyd etmək istərdik ki, bu, təkcə İsveç komandasına aid deyil, bütün iştirakçı ölkələrin komandalarının nəqliyyat, yaşayış və yemək məsrəfləri ödənilir. Bütün Olimpiya Oyunlarında tətbiq edilən bu prinsip Avropa Olimpiya Komitəsinin qərarı ilə “Bakı 2015” Avropa Oyunlarına da şamil edilir.
Azərbaycanın qapıları hamı üçün açıqdır. Ümid edirik ki, böyük uğur qazanacaq “Bakı 2015” Avropa Oyunlarından sonra insanlar Azərbaycanı daha yaxından tanıyacaq, onu dərk edəcək, bizə qarşı yönəldilmiş bu kimi təxribatlara son qoyulacaqdır.
Milli Olimpiya Komitəsi”
Xəbər lenti
Hamısına baxDünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40

