Yunan-Roma güləşi qaydalarında edilən dəyişikliklər ilk Avropa Oyunlarında tətbiq olunacaq
06.05.2015 [10:36]
İyunda Bakı Avropanın və dünyanın diqqət mərkəzində olacaq. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarında qitənin 6 mindən artıq idmançısı birincilik uğrunda mübarizə aparacaq. Güləş yarışlarında isə Avropanın ən güclü 480 pəhləvanı 24 dəst medal uğrunda xalça üzərinə çıxacaq.
Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov milli komandamızın hazırlığı və ilk Avropa Oyunlarının təbliği istiqamətində həyata keçirilən tədbirlər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Güləşçilərimizin ilk Avropa Oyunlarına hazırlığı barədə nə deyə bilərsiniz?
- Güləşçilərimizin bu mötəbər yarışlara hazırlığı plan üzrə davam edir. İdmançılarımız ilk Avropa Oyunlarının məsuliyyətini dərk edirlər. Sərbəst güləşçilərimiz ilk Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirirlər. Yunan-Roma güləşçilərimizin hazırlığı Xaçmazda təşkil olunacaq. Qadın güləşçilərimizin isə Kiyevdə təlim-məşq toplanışı nəzərdə tutulub.
Güləş ölkəmizdə geniş auditoriyaya malik idman növüdür. Əminəm ki, Avropa Oyunları zamanı tamaşaçılar pəhləvanlarımıza Heydər Əliyev adına İdman Sarayında öz dəstəklərini nümayiş etdirəcəklər. Bu, güləşçilərimizin qələbə əzminin artırılmasına müsbət təsir göstərəcək.
- “Bakı-2015” ilk Avropa Oyunlarının Çilidə Dünya Güləş Birliyinin Amerika Şurasının konqresində təqdimatı böyük maraqla qarşılanmışdı. Oyunlarla bağlı növbəti təqdimat planlaşdırılırmı?
- Düzdür, Çilidə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi idarə heyətinin üzvü Namiq Əliyev geniş təqdimatla çıxış etdi. Namiq Əliyev Avropa Oyunlarına hazırlıqla bağlı qısa müddətdə görülmüş işlər barədə konqres iştirakçılarına ətraflı məlumat verdi. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını xüsusi vurğuladı. Həmin tədbirdə, həmçinin Azərbaycanın Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx və fotoslayd nümayiş etdirildi, Federasiya tərəfindən konqres iştirakçılarının şərəfinə ziyafət təşkil olundu.
Mayın 5-də isə Qətərin paytaxtı Dohada Dünya Güləş Birliyi Asiya Şurasının konqresi təşkil olunub. Dohada da ilk Avropa Oyunlarının təqdimatı nəzərdə tutulub. Çilidə olduğu kimi, Qətərdə də təqdimatı Namiq Əliyev edəcək.
- Ötən həftə Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarına dəyişiklik etdi. Yeni qaydalar ilk Avropa Oyunlarında tətbiq olunacaqmı?
- Bəli, Avropa Oyunları zamanı yeni qaydalar tətbiq olunacaq. Bu qaydalar ilk dəfə mayın 6-11-də Dohada keçiriləcək Asiya çempionatında, mayın 6-8-də Havanada keçiriləcək yeniyetmə və gənclərin Panamerika çempionatında qüvvəyə minəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

