Heydər Əliyev Mərkəzi ilə tanışlıq Vyetnam Prezidentində xoş təəssüratlar yaradıb
16.05.2015 [12:07]
Mayın 15-də Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq və xanımı May Thi Han Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Vyetnam dövlətinin başçısına və xanımına Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, Azərbaycan tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəz hazırda həm binasının memarlıq xüsusiyyətləri, həm də beynəlxalq əhatəli fəaliyyəti ilə dünyada tanınır.
Vyetnam Prezidenti və xanımı əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar. Onlar 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən burada Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.
Sonra Prezident Çıonq Tan Şanq və xanımı May Thi Han Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olublar. Məlumat verilib ki, bu sərgidə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.
“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir. Bu sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.
Prezident Çıonq Tan Şanq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Ali qonaq Ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış belə bir Mərkəzi ziyarət etməkdən şad olduğunu bildirib.
Vyetnam dövlətinin başçısına xatirə hədiyyəsi təqdim olunub.
* * *
Mayın 15-də Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40

