Heydər Əliyev Fondu Rumıniyadakı fəaliyyətinə görə “Mükəmməllik diplomu” ilə təltif edilib
30.05.2015 [11:37]
Heydər Əliyev Fondu Rumıniyada əlillərlə iş üzrə yüksək səviyyəli fəaliyyətinə görə “Mükəmməllik diplomu” ilə təltif edilib.
Rumıniyanın Əmək, Ailə, Sosial Müdafiə və Yaşlıların Müdafiəsi Nazirliyi yanında Rumıniya Əlillərin Müdafiəsi Milli Komitəsi tərəfindən verilən bu mükafat Buxarestdə “Kraliça Elizabeta” Liseyinin təşkilatçılığı və Fondun dəstəyi ilə keçirilən 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunan tədbir zamanı təqdim edilib.
Kor və görmə qabiliyyəti zəif olan şagirdlərin təhsil aldıqları “Kraliça Elizabeta” Liseyində keçirilən tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Buxarest məktəbləri inspektorluğunun rəhbər heyəti, Rumıniyanın Əmək, Ailə, Sosial Müdafiə və Yaşlıların Müdafiəsi Nazirliyinin əməkdaşları, əlil şagirdlər və onların valideynləri iştirak ediblər.
Rumıniya Əlillərin Müdafiəsi Milli Komitəsinin prezidenti Mihaela Ungureanu çıxış edərək Heydər Əliyev Fondunun Rumıniyadakı humanitar və xeyriyyəçilik fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, Fondun əlillərlə apardığı iş, ehtiyacı olanların yanında olması həm də iki dövlət və xalq arasında dostluq münasibətlərinin təzahürüdür.
Mihaela Ungureanu Heydər Əliyev Fondu və Əlillərin Müdafiəsi Milli Komitəsinin gələcəkdə bir sıra layihələr həyata keçirəcəyini deyib və Fondun prezidenti Mehriban Əliyevaya Rumıniyada aparılan xeyriyyəçilik fəaliyyətinə görə dərin təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev təltifə görə minnətdarlıq edib, Fondun Rumıniyada 8 illik fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu Rumıniyada əlillərin müdafiəsi üzrə ixtisaslaşmış hökumət və qeyri-hökumət təşkilatları ilə bundan sonra da sıx əməkdaşlıq çərçivəsində dostluq münasibətlərinin möhkəmlənməsi işində fəaliyyətini davam edəcək.
Tədbir lisey şagirdlərinin hazırladığı bədii proqramla davam edib.
Sonda kor və görmə qabiliyyəti zəif olan şagirdlərə Heydər Əliyev Fondu tərəfindən xüsusi səsli proqramla işləyən kompyuterlər hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

