AŞ PA-nın qətnaməsi qərəzlidir və obyektivlikdən uzaqdır
26.06.2015 [10:16]
Ermənistanın işğalçı olması faktının bu sənəddən çıxarılması ilə təşkilat əsl mahiyyətini ortaya qoydu
Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Digər tərəfdən, Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr, o cümlədən ermənipərəst, islamofob dairələr Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Son vaxtlar Avropanın islamofob dairələrinin, anti-azərbaycançı mərkəzlərinin Azərbaycana qarşı “qara piar” kampaniyası aparması da buna dəlalət edir.
“Demokratiya”, “insan hüquqları” kimi dəyərlər siyasi manipulyasiya predmeti kimi...
Belə ki, həmin dairələr “demokratiya”, “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Əslində, bu cür təzyiq mexanizmləri və “qara piar” kampaniyasının arxasında məhdud geosiyasi maraqlara malik olan subyektlər durur. Bu dairələr vaxtaşırı olaraq verdikləri bəyanatlarda, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Şübhəsiz, bu kontekstdə Azərbaycan da istisna təşkil etmir. Bu istiqamətdə son olaraq ölkəmizdə keçirilən birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli çağırışlar diqqəti çəkir. Məlumat üçün bildirək ki, həmin dairələr ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, missioner təsisat və ya təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən istifadə edirlər.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyunun 23-də keçirilən yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamənin qəbul olunması da buna sübutdur. Xatırladaq ki, bu sənəd Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən hazırlanmış hesabat əsasında tərtib edilmişdi. Qətnamədə Azərbaycanın mürəkkəb geosiyasi vəziyyətdə Avropa İttifaqı, Türkiyə, İran və digər Xəzəryanı dövlətlər, o cümlədən, Rusiya və ABŞ-la münasibətlərini tarazlaşdırmağa çalışdığı, müstəqil və diversifikasiya olunmuş xarici siyasət yürütdüyü qeyd olunur. Bundan sonra isə demokratikləşdirmə, seçki qanunvericiliyi və insan hüquqları sahəsində Avropa Şurasının irəli sürdüyü tövsiyələrin həyata keçirilməsi məsələlərinə toxunulur.
Qrosslar yenə də Azərbaycana qarşı...
Yeri gəlmişkən, həmin sənəddə demokratiyanın vəziyyətinə dair qeyri-obyektiv fikirlər əksini tapsa da, ilkin variantda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktı vurğulanırdı. Amma müzakirələr zamanı bu məsələdə mahiyyətin təhrif edilməsi ilə bağlı düzəliş edildi. Belə ki, Azərbaycan üzrə AŞ PA-nın əvvəlki analoji qətnamələrində “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi öz əksini tapsa da, budəfəki qətnamədə “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayon ifadələri” çıxarıldı, bu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə əvəzləndi.
Bu məsələdə əsas diqqəti çəkən isə bu dəyişikliyin edilməsi barədə AŞ PA Monitorinq Komitəsi qarşısında təkliflə çıxış edənlərin siyahısıdır. Bu siyahıya Peter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qross, Röne Ruke və erməni deputat Hovannisyan Arpin daxildir. Andreas Qross, Röne Ruke, Peter Omtzigtin və erməni Arpin Hovannisyanın adlarının bu siyahıda olması, yəqin ki, vəziyyətdən hali olanları heç təəccübləndirməməlidir. Andreas Qross Azərbaycanın Avropa Şurasına üzvlüyünün ilk illərində qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. Elə həmin illərdə Azərbaycandan çox Ermənistanın və ermənilərin mövqeyini müdafiə edən Qross islamofob mövqeyi ilə də seçilib. Onu da qeyd edək ki, Azərbaycan üzrə həmməruzəçi Pedro Agramunt ölkələrin ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb, polşalı həmməruzəçi Tadeuş İvinski isə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib: “Bu, bizim xoşumuza gəlsə də, gəlməsə də, biz bu işğal faktını qeyd etməliyik”.
T.İvinski, eləcə də, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini təsdiqləyən qərar qəbul etdiyini xatırladıb.
Jozef Debono Qrex: Mən anlaya bilmirəm, postsovet ölkələrində bu qədər problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə?
Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalı ifadəsi sənəddən çıxarıldığı və nəticə etibarilə, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz faktına şübhə salındığı halda, hansı əsasla bu sənədin obyektivliyindən danışmaq olar? Əslində, AŞ PA-nın bu cür davranışı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq təsisatların, eləcə də, AŞ PA-nın sənədlərinə və bu il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” qərarı ilə bilavasitə ziddiyyət təşkil edir.
Bütün bunların fonunda isə təşkilat Azərbaycanda, guya, insan haqları və demokratiya problemlərinin olduğunu iddia edir. Bu arada AŞ PA-da iyunun 23-də keçirilən müzakirələr zamanı Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrexin quruma ünvanladığı suallar çox yerinə düşür: “Mən anlaya bilmirəm, postsovet ölkələrində bu qədər problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Heç bir ölkə mükəmməl deyil, hətta burada, Qərbi Avropanın özündə belə”.
O, Prezident İlham Əliyevin hakimiyyətinə qarşı hücumları anlamadığını da deyib: “Çünki O, hakimiyyətdə olmasa, neft və qazla zəngin olan Azərbaycanı Liviya və ya İraqın aqibəti gözləyir”.
Keçmiş məruzəçi Ukraynanı, Liviyanı, İraqı misal göstərib: “Bizim Ukrayna ilə bağlı problemlərimiz var, orada xaos hökm sürür. Mən özüm Aralıq dənizi ölkəsindənəm və diktatorların tərəfində deyiləm. Hamı istəyirdi ki, Qəzzafidən, Səddam Hüseyndən azad olsun. İndi Qəzzafidən yaxa qurtardıq, Səddamdan yaxa qurtardıq. Əvəzində nə əldə etdik? Yalnız xaos!”
Nitqinə davam edən maltalı deputat daha sonra deyib: “Nədir, biz Azərbaycanda xaos istəyirik? İlk dəfə mən Azərbaycan üzrə məruzəçi təyin olunanda həmkarım cənab Aqramuntla ora getdim və müxalifətlə, QHT təmsilçiləri ilə görüşdüm. Onların istədiyi yeganə şey bu idi ki, biz hökuməti devirək. Mən dedim ki, biz bunu edə bilmərik; Avropa Şurası hökumətlərin devrilməsində iştirak etmir, bu, bizim işimiz deyil. Bizim işimiz bu ölkələrə daha demokratik olmaqda kömək etməkdir”.
Göründüyü kimi, ilk Avropa Oyunları keçirildiyi bir dövrdə müəyyən xarici dairələr Azərbaycana qarşı bütün imkanlarını səfərbər ediblər. Amma bu cür təzyiqlər və təhdidlərlə Azərbaycanı müstəqil siyasətindən, inkişaf yolundan döndərmək mümkün deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

