“Ölkəmizdə söz və mətbuat azadlığı həmişə qorunub”
07.07.2015 [10:14]
“Azərbaycanda mətbuata göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Çünki ölkəmizdə söz və mətbuat azadlığı hər zaman qorunub”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib.
Onun sözlərinə görə, mətbuata dövlət tərəfindən həmişə qayğı göstərilib: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra mətbuat hər zaman diqqət mərkəzində olub. KİV-lərin borclarının dondurulması, mətbuat üzərindən senzuranın götürülməsi, hər bir qəzet çapı üçün əlverişli şəraitin yaradılması, o cümlədən, mətbuata dövlət tərəfindən yardımların olunmasının həmişə şahidi olmuşuq. Ölkəmizdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. Hər bir mətbuat orqanı mövqeyindən asılı olmayaraq, dövlət tərəfindən bərabər şəkildə yardımlar alır”.
S.Novruzov hesab edir ki, dünyanın heç bir ölkəsində belə bir hal yoxdur ki, mətbuat nümayəndələrinə mənzillər tikilib verilsin: “2013-cü ildə 155 mənzil jurnalistlərə təqdim olunub. Yeni mənzillərin tikintisi isə artıq başa çatmaq üzrədir. Bu proses davam edir. Yəni Azərbaycanda hərtərəfli şəkildə mətbuata diqqət və qayğı var. Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə əlaqədar bütün mətbuat işçilərini təbrik edirəm. Onların Azərbaycanın müstəqilliyinin inkişafında, möhkəmlənməsində rolları böyükdür. O cümlədən, ayrı-ayrı mətbuat nümayəndələrinin müxtəlif dövlət təltifləri ilə mükafatlandırılması - “Əməkdar jurnalist”, “Tərəqqi” medalı, “Şöhrət” ordeni və s. mətbuatın inkişafına böyük imkanlar yaradır”.
YAP İcra katibinin müavini əlavə edib ki, bu gün Azərbaycanda ən azad internet sistemi fəaliyyət göstərir: “Burada da ayrı-ayrı portallar, saytlar və s. mövcuddur. Yəni, jurnalistlər həm öz fikirlərini, rəylərini, həm də ayrı-ayrı siyasətçilərin, siyasi partiyaların mövqeyini ictimaiyyətə tam sərbəst şəkildə çatdırırlar. Bu baxımdan Azərbaycanda söz və mətbuat azadlığı həmişə qorunub və bundan sonra da qorunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

