Rebekka Vinsentin Azərbaycan əleyhinə apardığı işin daha bir detalı üzə çıxıb
23.07.2015 [09:27]
O, AYİB prezidentinə məktub yazaraq, Azərbaycanın “Şahdəniz - 2” qaz layihəsi üçün Rusiyanın “Lukoil” şirkətinə kredit ayırmaqdan imtina etməyə çağırıb
“Index on Censorship”in əməkdaşı, “hüquq müdafiəçisi” Rebekka Vinsentin Azərbaycan əleyhinə apardığı işin daha bir detalı üzə çıxıb.
APA-nın əldə etdiyi məlumata görə, Vinsent bu dəfə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartiyə məktub yazıb və onu Azərbaycanın “Şahdəniz - 2” qaz layihəsi üçün Rusiyanın “Lukoil” şirkətinə 500 000 000 ABŞ dolları kredit ayırmaqdan imtina etməyə çağırıb.
Vinsent məktubunda “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi barədə sazişin əsas tələblərinə cavab verə bilməyənlərə kredit ayırmamağa çağırıb”: “AYİB Sazişinə əsasən, tərəflər insan hüquqları, çoxpartiyalı demokratiya, qanunun aliliyi və plüralizmə təminat verməlidir. Azərbaycanda isə bu prinsiplər sistematik olaraq pozulur”.
R.Vinsent məktubda yazıb ki, “Şahdəniz-2” qaz layihəsinin inkişafı üçün “Lukoil”a verilən hər hansı kredit çoxpartiyalı demokratiya prinsiplərini tətbiq etməyən ölkənin möhkəmlənməsinə səbəb olacaq: “Azərbaycan iqtisadiyyatının karbohidrogen xaricində də şaxələnməsi yalnız iqtisadi məna kəsb etmir, həmçinin, Azərbaycanda insan hüquqları və demokratiyanın inkişafı üçün mühümdür”.
O, məktubunda “Azərbaycanda demokratik strukturlarla bağlı çox ciddi problemlər” olduğunu qeyd edib.
Daha sonra “yerli mütəxəssislərin araşdırmaları”na istinad edən Vinsent “Lukoil”un Azərbaycanda illərdir, əmək qanunu pozuntusuna yol verdiyini, şirkətin “Azərbaycanın hakim elitası ilə güclü əlaqələr qurduğunu”, “ətraf mühitin qorunması ilə bağlı heç bir əhəmiyyətli tədbir görmədiyini” vurğulayıb.
Vinsent hətta “Lukoil”un “Kreml administrasiyası və Əliyev arasında danışıqlarda vasitəçi kimi çalışdığını” da yazıb.
Daha sonra Vinsent davam edir: “Yuxarıda göstərilən məlumatları nəzərə alaraq, AYİB-in 22 iyulda keçiriləcək görüşü zamanı kredit ayırmaması zəruridir. Biz sizi öz mövqeyinizdən istifadə edərək, kredit ayrılmasından imtina etməyə çağırırıq”.
Qeyd edək ki, R.Vinsent uzun illərdir, Azərbaycan əleyhinə sistemli “qara piar” kampaniyası aparması ilə məşhurdur.
O, Azərbaycanda keçirilən I Avropa Oyunları ərəfəsində təşkil olunmuş “Sport for Rights” (“Hüquqlar üçün İdman”) kampaniyasının koordinatoru və əsas ilhamvericiilərindən biri idi.
Həmin vaxt APA Agentliyinin sənədlərlə təqdim etdiyi araşdırmada da qeyd olunmuşdu ki, Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb və 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənəddə qeyd olunmuşdu ki, 2016-2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər.
Layihənin əlaqələndiricisi qismində isə Rebekka Vinsent təyin olunmuşdu.
AYİB-nin prezidentinə yazılan məktub da bir daha onu göstərir ki, Vinsent bu fəaliyyətini davam edir. Necə deyərlər, layihə davam edir. Vinsent Azərbaycan əleyhinə apardığı “qara piar” kampaniyasına görə hələ də qrant almaqda və o qrantı bəzi azərbaycanlı tərəfdaşları ilə bölməkdədir. Yəni, məsələ heç də I Avropa Oyunları ilə bağlı deyil, sadəcə olaraq, R. Vinsentin koordinatorluğu ilə fəaliyyət göstərən qrup mütəmadi olaraq antiazərbaycan kampaniyası aparır. Azərbaycanda keçirilən istənilən beynəlxalq tədbir, iqtisadi aksiya da bu qrupun hədəfində olur və “qara kampaniyaya” tuş gəlir.
Xatırladaq ki, R.Vinsent vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb, sonra isə “Article XlX” təşkilatının koordinatoru olub. Bu vəzifədə, o, Azərbaycanla bağlı xüsusi yaradılmış və 10-dan artıq təşkilatın qoşulduğu Beynəlxalq Müşahidə Qrupunun fəaliyyətini əlaqələndirib. Həyat yoldaşı Azərbaycandakı xarici neft şirkətlərindən birində çalışdığına görə, R. Vinsent öz fəaliyyətini də ölkəmizə keçirib və dövlətə qarşı müxtəlif kampaniyalar təşkil edib.
Məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı “Demokratiya naminə oxu” kampaniyası onun koordinatorluğu ilə reallaşdırıb. Daha sonra isə “Demokratiya naminə incəsənət” kampaniyasına start verib. Bundan başqa, R.Vinsent davamlı şəkildə xarici mediada Azərbaycan haqqında əsassız, qeyri-obyektiv və qərəzli materiallarla çıxış edib. Onun Azərbaycanla bağlı sonuncu “işi” “Sport for Rights” kampaniyasının koordinatorluğu olub.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

