Yaşıllaşdırma işləri ilə əlaqədar tədbirlər gücləndiriləcək
25.04.2009 [12:18]
ölkə rəhbərliyi tərəfindən bu gün Azərbaycanın ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir. Dünən Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində son bir neçə ildə ölkə rəhbərliyinin prinsipial mövqeyi nəticəsində xeyli işlər görülüb. Uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən proqramlar qəbul edilib. H.Bağırovun sözlərinə görə, ölkə başçısının “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində də əhəmiyyətli işlər görülüb. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 240 min insan ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir. “Prezidentin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində də mühüm işlər görülməkdədir. Belə ki, gündə 5570 m3 çirkab sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən 27 ədəd modul tipli təmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və Nardaran qəsəbələrində 14 stansiya istismara verilərək, “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılıb. Sistemin fəaliyyəti Abşeronun şimal sahilinin 86 km-lik sahəsinin bundan sonra təmiz qalacağına şərait yaradır. Eyni zamanda, Abşeron yarımadasının sahilboyu zolağında hazırda şimal istiqamətində - Novxanı-Sumqayıt sahilboyu ərazilərdə mövcud axarların üzərində modul tipli çirkab su təmizləyici qurğulardan ibarət 2 stansiyanın qurulması işləri yekunlaşıb” - deyə nazir vurğulayıb.
Yaşıllaşdırma işlərinə gəlincə, H.Bağırov deyib ki, bu istiqamətdə çox mühüm tədbirlər planı hazırlanıb və buna uyğun addımlar atılmaqdadır. Yaşıllaşdırmanın effektivliyini artırmaq üçün respublikanın magistral avtomobil yollarının kənarlarının yaşıllaşdırılması tədbirləri həyata keçirilir. Bununla əlaqədar, 2008-ci ilin əvvəlindən başlayaraq yolların mühafizə zolaqlarının yaşıllaşdırılması, onların külək və su eroziyasından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması, yolların estetik görünüşünün yaxşılaşdırılması məqsədilə Bakı-Ələt-Hacıqabul istiqamətində magistral şosse yolu ətrafında 172 min ədəd ağac və kol əkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir: “Magistral yolboyu yaşıllaşdırma işlərinə də böyük diqqət ayrılıb. Belə ki, Zığ-Aeroport yolu boyu 196 hektar ərazidə yaşıllıqsalma işləri başa çatdırılıb. Aparılan yaşıllaşdırma tədbirləri nəticəsində 230 min ədədə qədər müxtəlif növ (zeytun, Eldar şamı, akasiya və s.) ağac və kol cinsləri əkilib. Ağacların suvarılması üçün suvarma şəbəkəsi qurulub”.
Nazir, qeyd edib ki, ölkə Prezidentinin Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırma işləri ilə əlaqədar verdiyi son tapşırıqla bağlı tədbirlər planı hazırlanır, yaşıllaşdırma işləri 3 min 735 hektar ərazini əhatə edəcək. H.Bağırovun sözlərinə görə, nazirlik ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, biomüxtəlifliyin qorunması, meşələrin bərpa olunması və artırılması, geoloji xidmət, hidrometeorologiya, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərib, bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə də nail olub. Belə ki, Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə müvafiq tədbirlər görülüb, ətraf mühitin mühafizə sahəsində qanun pozuntuları ilə əlaqədar akt və protokol tərtib olunub. Görülmüş tədbirlər nəticəsində Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna köçürülən vəsaitlərin həcmi ildən-ilə artır.
H.Bağırov onu da qeyd edib ki, Zooloji Parkın salınması ilə bağlı iş aparılır, ərazi müəyyənləşdirilib, tender elan olunub. Park 230 hektar sahəni əhatə edəcək. Zooloji Parkın Abşeron rayonunun Qobu qəsəbəsində salınması nəzərdə tutulur. Nazir xatırladıb ki, Zooloji Parkın yaradılması ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı var. Yeni park həm ətraf mühitə qayğı, həm insanların tərbiyəsi, həm də elmi tədqiqatların aparılması baxımından əhəmiyyətlidir: “Hazırkı Bakı Zooparkından fərqli olaraq, Zooloji Parkda heyvanları yarımsərbəst şəraitdə saxlamaq nəzərdə tutulub. Bu parkda əsasən Qafqaz, Mərkəzi Asiya, Avrasiya, həmçinin digər yerlərin canlılarına rast gəlmək mümkün olacaq. Bu nadir bir park olacaq. Dünyada ixtisaslaşmış zoopark yoxdur. Burada xeyli landşaft işinin görülməsi nəzərdə tutulur. Ən əhəmiyyətlisi isə odur ki, uşaqlar heyvanları azadlıqda görəcəklər. Bu park, həmçinin, nəsli kəsilməkdə olan canlıların təbiətə qaytarılması üçün peşəkarcasına iş görülməsi baxımından əhəmiyyətli olacaq”.
H.Bağırovun sözlərinə görə, hazırda Azərbaycanda 48 milli park, 14 dövlət qoruğu və 28 yasaqlıq mövcuddur: “Bu, bütün ölkə ərazisinin 9 faizini əhatə edir. ötən ildə bu rəqəm 7,5 faiz idi”.
Nazir qeyd edib ki, təbiəti mühafizə tədbirləri sərtləşdirilib: “Qoruq elan olunan ərazilərdə ov nadir hala çevrilib. Qanunsuz ov olmasını istisna etmirəm. Ancaq o qədər nadir hala çevrilib ki, biz onu tuta da bilmirik. Quş ovuna qoyulan qadağa, hələlik, götürülməyib, bunun götürülməsinə əsas yoxdur. O ki qaldı digər heyvanlara, bu məsələdə müəyyən siyasət yeridilir. Məsələn, biz qaban ovuna qadağa qoymamışıq. Mövsüm vaxtı lisenziya veririk. Ancaq bəzi yerlərdə qabanların çoxalma ehtimalı var ki, bu da həmin ərazilərə insanların get-gəlinin az olması ilə əlaqədardır. Canavara gəldikdə, onun da məhdud ovu aparılır. Bu, onların sayının tənzimlənməsi üçün məhdud sayda aparılır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

