İctimaiyyətin fəallığı ilə böyük faciələrin qarşısını almaq mümkündür
30.05.2009 [12:51]
ötən əsrin 90-cı illərində - SSRİ-nin parçalanmasından sonra yaranmış yeni milli dövlətlərin siyasi-iqtisadi və sosial-ictimai mənzərəsi çətin şərtlər çərçivəsində formalaşdırılmağa başlandı. Əlbəttə ki, bu possovet məkanında yerləşən ölkələrdə müxtəlif istiqamətlərdə inkişaf edirdi. İnzibati-amirlik və planlı iqtisadiyyat sistemindən bazar münasibətlərini ehtiva edən cəmiyyətə keçid milli dövlətlərin tam siyasi orqanizm kimi yetişməsində müəyyən çətinliklər yaradırdı. Bu da təbii ki, dövlət-vətəndaş münasibətləri sferasına da mənfi təsir göstərirdi.
Təcrübə göstərir ki, sovet psixologiyası ilə kapitalist ruhunda inkişaf edən sosiuma keçid zamanı inteqrasiya məsələlərində müəyyən problemlər yaşanır ki, bu da zaman-zaman ictimai nəzarət vasitəsilə yoluna qoyulur.
Azərbaycan da postsovet məkanının bir hissəsi olaraq, yeni standartlar sferasına inteqrasiya edir. 1993-cü ildən bu günə qədər artıq ölkəmizdə bir çox sovet psixologiyasına aid stereotiplər aradan qalxıb, cəmiyyətimiz yeni keyfiyyətlər qazanıb...
Hazırda isə cəmiyyətdə daha bir aktual mövzu müzakirə olunmaqdadır. Bu da “Polis haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi haqqındadır.
Qeyd edək ki, “Polis haqqında” Qanuna əlavə və dəyişikliklər haqqında Milli Məclisin qərarı polis orqanları yanında ictimai şuraların yaradılmasını nəzərdə tutur. Əlavə və dəyişikliklərin əsas məqsədi ictimaiyyəti, ayrı-ayrı fəal vətəndaşları asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətin maarifləndirilməsi işinə cəlb etmək, neqativ hallarla mübarizədə ictimaiyyətin imkanlarından daha geniş istifadə etməkdir. Burada iş mexanizmi yaşayış yeri üzrə ayrı-ayrı şəxslər könüllülük əsasında ictimai asayişin və təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizənin gücləndirilməsi işinə cəlb edilməklə qurulacaq.
Əlbəttə ki, konkret olaraq ölkədə ictimai asayişin qorunması istiqamətində atılan bu cür addımları dəstəkləmək lazımdır. çünki, digər dünya ölkələrində bu cür təcrübələrin tətbiqi müsbət nəticələrə gətirib çıxarıb. İnkişaf etmiş Avropa ölkələrində hər hansı vətəndaş digərinin qanun pozuntusuna göz yummur, cinayətkarlıq faktları, qanun pozuntuları halları barədə müvafiq orqanlara məlumat verirlər. Həmin ölkələrdə narkotik satışı və ya ictimai yerlərdə narkotikdən istifadə, oğurluq, qətl, yol hərəkəti qaydalarının pozuntusu və digər cinayətlər barədə vaxtı-vaxtında müvafiq orqanlar məlumatlandırılır, bir çox hallarda belə məlumatlar ciddi cinayət hadisələrinin qarşısını almaqda dövlət orqanlarına kömək edir. Praktika göstərir ki, terror təhlükəsi olan bir sıra ölkələrdə məhz ictimaiyyətin fəallığı nəticəsində faciələrin qarşısı alınır. Bu praktika isə İsraildə çox geniş istifadə olunur.
Bir sözlə, təcrübələr ictimai asayiş və təhlükəsizlik kimi mühüm vəzifələrin həyata keçirilməsində ictimaiyyətin dövlət orqanlarına köməyinin olduqca vacib şərt olduğunu üzə çıxarır. ABŞ, Fransa, Almaniya, Rusiya və digər güclü ölkələrdə bu amildən son dərəcə effektli istifadə olunur (Məsələn, Rusiyada 2007-ci ildə Daxili İşlər Nazirliyi yanında İctimai Şura yaradılıb).
Söylənilənlələrə yanaşı qeyd edilməlidir ki, ictimai asayişin qorunmasında, təhlükəsizliyin təmin olunmasında ictimaiyyətin köməkliyindən istifadə etmək məqsədilə ölkəmizdə artıq bir sıra işlər həyata keçirilib. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı bölgələrində bu sahədə pilot layihələr həyata keçirilib və effektiv nəticələr əldə olunub. Bu fəaliyyətin nəticəsidir ki, hətta bu gün Bakıda şirkətlərə məxsus yük maşınlarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı şirkətə məlumat verilməsi üçün telefon nömrələri göstərilir. Yəni, dövlət insanların təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl məqsədyönlü fəaliyyət sərgiləyir və cəmiyyət də bu işləri dəstəkləyir.
Xatırladaq ki, yazıya cəmiyyətimizin sovet psixologiyasından qaçaraq yeni keyfiyyətlər qazanması, yeniliklər sferasına qalxması məsələsinə əbəs yerə toxunmadıq. Burada əsas məqsəd odur ki, cəmiyyətimizdə hələ də sovet ruhuna aid fikirlər, ideallar hələ də qalmaqdadır. Bu da özünü çox zaman ifrat şəkildə büruzə verir. Bu dəfə də totalitar sistemə aid mənfi elementlər özünü “Polis haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi məsələsində də üzə çıxıb.
Nədənsə, dövlətin vətəndaşlarımızın daha təhlükəsiz şəraitdə yaşamasına yaratdığı imkanları müəyyən qruplar qəbul etmək istəmirlər. Bəzi mətbuat orqanları və özlərini ekspert adlandıran şəxslər qanuna əlavə və dəyişiklikləri köhnə sovet stereotipləri əsasında şərh edir, ictimai rəyi çaşdırmağa çalışırlar.
Yeniliyin şərhində Sovet dövründən qalmış və Sovet sisteminin totalitar mahiyyətindən irəli gələn leksika və jarqonlardan istifadə edilməsi yolverilməzdir.
Yekun olaraq bildirək ki, vətəndaşlar ictimai asayişin, təhlükəsizliyin, cinayətkarlıqla mübarizənin gücləndirilməsinə biganə qalmamalıdır. Dövlət orqanları məhz ictimaiyyətin yaxından iştirakı və köməyi sayəsində belə problemləri səmərəli şəkildə həll edə bilər. Milli Məclis müvafiq qanunu qəbul edərkən dünya praktikasını əsas götürüb. Əlavə və dəyişikliklər isə olduqca lazımlı, cəmiyyətin təhlükəsizliyi üçün vacib yenilikdir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25

