Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: YAP ahıl insanlara, qayğıya ehtiyacı olan uşaqlara mütamadi olaraq maddi və mənəvi dəstək göstərir

Mübariz Qurbanlı: YAP ahıl insanlara, qayğıya ehtiyacı olan uşaqlara mütamadi olaraq maddi və mənəvi dəstək göstərir

02.06.2009 [09:34]

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə dünən Muğam Teatrında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. Muğam Teatrının direktoru Arif Qazıyev bildirib ki, gələcəyimiz olan uşaqlara qayğı hər bir vətəndaşın borcudur. Onun sözlərinə görə, Muğam Teatrının və “Space TV”-nin birgə təşkilakçılığı ilə keçirilən bu aksiyaya yüzlərlə insan qoşulub. Aksiyada YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da iştirak edərək talassemiyalı uşaqlar üçün qan veriblər. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı vurğulayıb ki, 2009-cu il ölkə Prezidenti tərəfindən “Uşaq ili” elan olunub və bununla əlaqədar müxtəlif tədbirlər keçirilir: “Bu tədbirlər sırasında qanvermə aksiyası özünün humanist xarakteri ilə seçilir. YAP daim bu tipli məsələlərə həssaslıqla yanaşır, eyni zamanda ardıcıl olaraq humanizmi özündə əks etdirən tədbirlər keçirilir. Kimsəsiz, ahıl insanlara, qayğıya ehtiyacı olan uşaqlara mütamadi olaraq maddi və mənəvi dəstək göstərilir. Həmçinin, bu yöndə olan tədbirlərə yaxından iştirak edir”.

Paylaş:
Baxılıb: 1152 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31