/ / Yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək
Yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək
08.12.2016 [10:12]
Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanda nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək
Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Respublikamız elə bir iqtisadi inkişafı hədəfləyib ki, burada neft amili əsas rol oynamasın, iqtisadiyyatda ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə düşsün. Qarşıya qoyulan strateji hədəfə çatmaq üçün neft gəlirlərinin müəyyən hissəsi məqsədyönlü şəkildə qeyri-neft sənayesində, informasiya-kommunikasiya texnologiyaları sektorunda, kənd təsərrüfatında yeni istehsal və ixrac imkanlarının yaradılmasına, ölkənin bütün bölgələrində neftdənkənar sahələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyan müasir infrastruktur yaradılmasına yönəldilib. Həyata keçirilən tədbirlər isə öz nəticəsini verib. Son 13 ildə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə, davamlı şəkildə reallaşdırılan islahatlar sayəsində Azərbaycan dinamik sosial-iqtisadi inkişafa nail olub, o cümlədən iqtisadiyyatda qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb, ölkədə güclü sahibkarlar ordusu formalaşıb.
Bununla belə, qlobal miqyasda cərəyan edən proseslər, xarici mənfi təsirlər, o cümlədən də dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşması respublikamızda makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşmür. Yaranmış şəraitdə milli iqtisadiyyatımızın inkişaf perspektivləri ilə bağlı yeni çağırışlar meydana çıxıb. Hazırda ölkəmizdə dövlət siyasəti və hökumətin fəaliyyəti bütünlüklə yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışları effektiv tədbirlərlə önləməyə və respublikanın bundan sonrakı dövrdə də inkişafını təmin etməyə istiqamətlənib. Bu məqsədlə cari ilin əvvəlindən etibarən Azərbaycanda rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılmasına hesablanan genişməzmunlu islahatlara meydan verilib. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar ölkədə başlanan və yaxşı perspektiv vəd edən islahatların həyata keçirilməsinə möhkəm hüquqi əsaslar yaradır. Bu baxımdan Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Fərmanda nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək. Müəyyənləşdirilən yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək.
Fərmanda qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb. Bəhs olunan Fərmanla təsdiqlənən strateji yol xəritələrində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bütövlükdə milli iqtisadiyyatımız, onun aparıcı sektorları tamamilə yeni və daha möhkəm əsaslar üzərində inkişaf edəcək.
Strateji Yol Xəritəsi ölkənin iqtisadi sektorunda həyata keçirilən islahatların ardıcıllığı nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli müvafiq Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib. Ötən dövrdə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün yaradılan İşçi qrupu tərəfindən milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
Dövlət başçısının müvafiq Fərmanı ilə milli iqtisadiyyatın və onun bir sıra əsas sektorlarının strateji yol xəritələrinin təsdiqlənməsi ölkəmizdə yeni şəraitdə yaranan çağırışlara uyğun olaraq reallaşdırılan islahatların səmərəliliyini daha da artıracaq. Belə ki, bundan sonra iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, Dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı dövlət başçısının imzaladığı bəhs olunan Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəaları uzlaşdırılacaq. Beləliklə, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayacaq ki, bu da iqtisadi səmərəlilik, investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir.
İqtisadi inkişafa strateji yanaşma nəticəsində milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Qarşıya qoyulan məqsədlərin və 11 sektor üzrə yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaq. Strateji Yol Xəritəsi Azərbaycan üçün, eyni zamanda, yeni imkanları müəyyənləşdirərək bu imkanlardan faydalanma yollarını təqdim edir.
Bəhs olunan sənədin diqqəti çəkən vacib məqamlarından biri də burada islahatların sosial nəticələrinin nəzərə alınmasıdır. Belə ki, sənəd bütün fəaliyyətlərin həyata keçirilməsində sosial təminat məsələlərini, əhalinin sosial müdafiəsini önə çəkir. Bu isə ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı strateji yanaşmada iqtisadi diversifikasiya ilə yanaşı, sosial təminat məsələlərinin prioritetliyi yenə də qorunub saxlanılıb. Uyğun qiymətə mənzil təminatının, həmçinin kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələrinin hazırlanaraq təsdiq edilməsi bunu bir daha təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32

