/ / Nquyen Duk Loi: AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində və OANA-da liderlik fəaliyyətinə inanırıq
Nquyen Duk Loi: AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində və OANA-da liderlik fəaliyyətinə inanırıq
08.12.2016 [10:16]
“Biz AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA) liderlik fəaliyyətinə inanırıq”. Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nquyen Duk Loi səsləndirib.
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın Dünya Xəbər Agentliklərinin V Konqresini və OANA-nın XVI Baş Assambleyasını Bakıda yüksək səviyyədə təşkil etdiklərini deyən Nquyen Duk Loi, bu tədbirlərin dünya mətbuatının aktual problemlərinin müzakirəsi baxımından yüksək əhəmiyyət daşıdığını bildirib. O, həmçinin qeyd edib ki, dünyanın hər yerindən xəbər agentliklərinin rəhbər şəxslərinin və nümayəndələrinin qatıldıqları, habelə BMT baş katibinin və UNESCO-nun Baş direktorunun müraciət ünvanladıqları tədbirlərdə yeni şəraitdə xəbər agentliklərinin əsas dəyərlərinin qorunmasının vacibliyi bir daha təsdiqlənib.
VNA-nın baş direktoru deyib: “Xüsusi vurğulamaq istədiyim daha bir məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxış etməsidir. Biz dövlət başçısının nitqi vasitəsilə Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlardan, beynəlxalq inteqrasiya fəaliyyətindən, o cümlədən qarşılaşdığı çağırışlardan xəbər tutduq”.
Nquyen Duk Loi Bakı haqqında təəssüratlarını da bölüşərək deyib ki, Azərbaycanın paytaxtı Şərq və Qərb mədəniyyətinin ahəngdar vəhdəti və cazibədar memarlığı ilə insanı valeh edir. Bu baxımdan Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın birgə açılış mərasiminin keçirildiyi Heydər Əliyev Mərkəzini xüsusi qeyd etmək lazımdır.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

