Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu Lənkəranda humanitar aksiya keçirib

Heydər Əliyev Fondu Lənkəranda humanitar aksiya keçirib

12.06.2009 [08:51]

Lənkəranda Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrin uşaqları üçün hümanitar həyata keçirilib. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, “Uşaq ili” çərçivəsində təşkil olunan kampaniya zamanı 150-yə yaxın uşaq sünnət olunub. Xeyriyyə aksiyası kiçik toy mərasimi ilə başlayıb. İlk olaraq rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov balacaları təbrik edib. O, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun ümummilli liderin qoyduğu ənənələri uğurla davam etdirdiyini deyib. Bildirib ki, uşaqlara qayğı ilə yanaşan dahi rəhbər Heydər Əliyev onların problemlərinin daim önə çəkib, bütün körpələri nəvələri qədər sevib, dünyaya gələn hər bir azərbaycanlı balasını genefondumuzun məhək daşı hesab edib. Tədbirdə bu ilin dövlət səviyyəsində bütünlüklə uşaqlara həsr olunması Heydər Əliyev ənənələrinin davamı kimi dəyərləndirilib. Daha sonra sünnət olunan uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub. Valideynlər övladlarına göstərilən qayğıdan razılıqlarını bildiriblər.
Qeyd edək ki, humanitar aksiya Lənkəran Müalicə və Diaqnostika mərkəzində həyata keçirilib. Sünnət aksiyasına 10-a yaxın cərrah və tibb bacısı cəlb edilib. Əməliyyat 1-6 yaş arasında olan uşaqlar üzərində aparılıb.

Paylaş:
Baxılıb: 1117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31