/ / Azərbaycanın işğal edilmiş ərazilərində “referendum”un keçirilməsi beynəlxalq hüquq normalarına ziddir
Azərbaycanın işğal edilmiş ərazilərində “referendum”un keçirilməsi beynəlxalq hüquq normalarına ziddir
16.02.2017 [10:05]
Beynəlxalq təşkilatlar ikili standartlar və selektiv yanaşmadan imtina edərək separatizmin güclənməsinə xidmət edən bu qeyri-qanuni hərəkətə qarşı adekvat tədbirlər görməlidirlər
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi geostrateji zərurət kimi çıxış edir. Çünki bir tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional təhlükəsizliyə təhdid yaradır, digər tərəfdən isə, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etməsini, separatizmin güclənməsini şərtləndirir. İkili standartların mövcudluğu da bu prosesə rəvac verir. Ermənistan danışıqlar prosesini pozmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edərək təxribatlar törədir. İşğalçı ölkə artıq növbəti təxribata istinad edib. Belə ki, fevralın 20-də Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nda “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsi planlaşdırılır.
Məlumdur ki, Dağlıq Qarabağda separatçı rejim fəaliyyət göstərir və orada keçirilən seçkilər və ya referendum həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına ziddir. Xatırladaq ki, işğalçılar əvvəllər də bu cür qanunsuz hərəkətlərə əl atıb və onların bu hüquqazidd əməlləri beynəlxalq ictimaiyyət tərəfindən pislənilib.
Bu kontekstdə toxunulması zəruri olan məsələlərdən biri də beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun bu məsələyə kəskin münasibət bildirməsinin vacibliyidir. Nəzərə alınmalıdır ki, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatist “Dağlıq Qarabağ” da faktiki destabillik mənbəyidir. İşğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının növbəti dəfə ayaqlar altına alınmasının bariz təcəssümü və təzahürüdür. Dolayısıyla, qondarma “Dağlıq Qarabağ”ın mövcudluğu Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu göstərən bir nömrəli dəlildir. BMT başda olmaqla qlobal miqyasda sülh və sabitliyin təmin olunması missiyasına xidmət etdiyini iddia edən beynəlxalq təşkilatlar isə hələ də “səssizlik siyasəti” yeritməkdə davam edirlər. Beynəlxalq hüquq normalarında birmənalı şəkildə təsdiq və müəyyən olunur ki, separatizm bir dövlətin ərazi bütövlüyünün pozulmasına səbəb olan əsas amildir və bu, yolverilməzdir. Amma buna baxmayaraq, qondarma “Dağlıq Qarabağ”ın “sərbəst” fəaliyyət göstərməsinə nəinki mane olunmur, hətta bəzi hallarda buna şərait yaradılır. Məsələn, vaxtaşırı qondarma qurumda seçkilərin, eləcə də fevralın 20-də reallaşdırılması nəzərdə tutulan referendumun keçirilməsi bütövlükdə beynəlxalq hüquq normalarına ziddir. BMT-nin nizamnaməsində bu barədə qeyd edilir: “Beynəlxalq hüququn müstəqil subyektlərinin ərazi bütövlüyünü pozan addımlar qəti şəkildə yolverilməzdir. Dövlətlərin razılığı olmadan onun sərhədləri daxilində hər hansı bir akt həyata keçirilə bilməz”.
Bundan başqa, ATƏT-in Helsinki Yekun Aktı və Paris Xartiyasında da milli dövlətlərin sərhədləri daxilində dağıdıcı məqsədlərə xidmət edən aktlar qəti şəkildə pislənilir. Belə olan halda, dünya ictimaiyyəti, o cümlədən BMT, ATƏT-in Minsk qrupu kimi təşkilatlar ikili standartlara əsaslanan selektiv mövqedən imtina etməli, Ermənistanın Azərtbaycan ərazilərini işğalı nəticəsində yaranmış qondarma rejim ərazisində “referendum”un keçirilməsinə qarşı adekvat tədbirlər görməlidirlər. Bu, birmənalı şəkildə beynəlxalq hüququn tələbidir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı bəyanatında qeyd edilib ki, qeyri-qanuni “referendum” Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma “referendum” həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir: “Biz beynəlxalq ictimaiyyəti qondarma qeyri-qanuni “referendum”u rədd etməyə və Ermənistanın öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana siyasi və diplomatik təzyiq göstərməyə çağırırıq”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50

