Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımı qurbanları yad edilib
22.02.2017 [10:15]
Fevralın 21-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb. QMİ sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, kəndlərin, şəhərlərin, dini, tarixi abidələrin, məktəblərin, məscidlərin, qəbiristanlıqların dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. Aprel döyüşlərində ordumuzun əldə etdiyi qələbələrə toxunan A.Paşazadə azad olunan ərazilərdə yenidəndurma işlərindən danışıb, Cocuq Mərcanlı kəndində Şuşa məscidinə oxşar məscid tikiləcəyini deyib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin Xocalı soyqırımı ilə bağlı bəyanatı oxunub.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bu soyqırımı zamanı valideynlərini itirmiş uşaqlardan, onların yaşadıqları acılardan danışıb. O qeyd edib ki, bu insanlıq əleyhinə cinayəti işləyənlər ədalət qarşısında cavab verməlidirlər. Qeyd olunub ki, Xocalıda soyqırımı törədən cinayətkarlar indi Ermənistanda yüksək vəzifələrdədirlər. Onlar törətdikləri cinayətə görə hələ də ədalət qarşısında cavab verməyiblər. Bildirib ki, Ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Dövlətimizin başçısı İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. Dövlət müşaviri əmin olduğunu bildirib ki, xalqımız işğal olunan rayonlarımıza qayıdacaq. O, Aprel döyüşləri zamanı azad olunan Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsinin açıq səma altında bir muzey kimi saxlanılmalı olduğunu deyib. Əlavə edib ki, bu erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov faciənin tarixindən, törədilməsi səbəblərindən söhbət açıb, bir gecədə Xocalı sakinlərinin qəddarlıqla qətlə yetirildiyini bildirib. Qeyd edib ki, ermənilər bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirib, cəsədlərin üzərində xüsusi vəhşiliklər törədib, mindən çox Xocalı sakinini əsir götürüb, səkkiz ailəni tamamilə məhv ediblər. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası və bu kampaniya çərçivəsində dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilən layihələr barədə geniş məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima, Holokost və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirilib. M.Qurbanlı Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirib, bu soyqırımına siyasi-hüquqi qiymət verilməsinin və günahkarların cəzalandırılmasının vacibliyini bildirib.
Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Aqil Abbas, Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Xocalı faciəsini bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıblar, insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlərin cəzasız qalmayacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

