/ / Senator A.Reyşar: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir
Senator A.Reyşar: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir
14.03.2017 [09:54]
Martın 13-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, siyasi əlaqələrin inkişafında dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük rol oynayır. “Avropa İttifaqı ilə əlaqələrimiz yüksək səviyyədədir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək. Eyni zamanda, Fransanın bir çox şəhərlərində, o cümlədən Parisdə mədəniyyət tədbirləri keçiririk, ölkəmizi tanıdırıq”, - deyə sədr vurğulayıb. Milli Məclisin sədri ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri hələ də Ermənistan tərəfindən icra olunmayıb. Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına əsasən sülh yolu ilə həllinə tərəfdardır.
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm islahatların aparıldığını qeyd edən Oqtay Əsədov qonaqlara regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr barədə məlumat verib.
Senator Andre Reyşar regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib. O, regionda təhlükəsizliyin tam təmin olunması baxımından Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıb. Bildirilib ki, səfər çərçivəsində onlar aprel döyüşləri zamanı azad olmuş ərazilərə baş çəkib, oradakı vəziyyət barədə geniş məlumat alıblar.
Söhbət zamanı parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin daha da genişləndirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.
* * *
Milli Məclis sədri ilə görüşdən sonra fransalı qonaqlar parlamentin binasında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında onlar ölkəmizə səfərin məqsədi və burada keçirdikləri görüşlər barədə geniş məlumat verib, jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

