/ / İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
24.11.2017 [10:04]
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının iqtisadi və ticarət əməkdaşlığı üzrə daimi komitəsinin (COMCEC) 33-cü iclası çərçivəsində İƏT-in mənzil-qərargahı Bakıda yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Həmid Opeleyori imzalayıblar.
Qeyd edək ki, İƏT əmək nazirlərinin 2013-cü ilin aprelində Bakı şəhərində keçirilmiş ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması təklifini irəli sürüb. Bu təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Ötən dövrdə Mərkəzin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə göndərilib. 2014-cü ilin iyununda İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin Bakı şəhərində təşkil etdiyi iclas zamanı iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri tərəfindən Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi ətraflı müzakirə edilib. İƏT Xarici İşlər Nazirləri Şurasının 2014-cü ilin iyun ayında Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul edilən iqtisadi məsələlər üzrə Qətnamədə dövlətimizin başçısının İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə təklifi bir daha alqışlanıb, bu sahədə Azərbaycanın səyləri dəstəklənib.
2015-ci ilin oktyabrında İƏT əmək nazirlərinin Cakarta (İndoneziya) şəhərində keçirilən üçüncü konfransında qəbul olunmuş qərarla Mərkəzin Nizamnamə layihəsi təsdiqlənməsi üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasına təqdim olunub və 2016-cı ilin oktyabrında Daşkənd şəhərində keçirilən həmin sessiya zamanı Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Mərkəzin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 üzv ölkə tərəfindən imzalanması tələb olunur ki, artıq Türkiyə və Azərbaycan tərəfindən sənədin imzalanması təmin edilib.
Sessiyanın 23 noyabr tarixli iclasında çıxış edən nazir Səlim Müslümov məlumat verib ki, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması üçün hələ 2008-ci ildən “Bakı Prosesi”ni uğurla həyata keçirən Azərbaycanda ötən dövrdə mütəmadi olaraq Mədəniyyətlərarası Ümumdünya forumları, Beynəlxalq Humanitar forumlar, 2010-cu ildə Dünya Dini Liderlər Sammiti, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu uğurla təşkil olunub. Azərbaycan, eyni zamanda, Birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq səviyyəli möhtəşəm idman oyunlarına yüksək səviyyədə ev sahibliyi edib.
S.Müslümov bildirib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib.
S.Müslümov hazırda Azərbaycanın 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü vurğulayıb. Nazir diqqətə çatdırıb ki, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir məkanda bir araya gətirir. Buna görə də Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Azərbaycanın sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu da bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişafın və innovasiyaların əsasında insan kapitalı dayanır. Nazir İƏT-ə üzv dövlətlərin nümayəndələrini ölkələri tərəfindən Azərbaycanın “Expo 2025” Sərgisinə namizədliyini dəstəkləməyə çağırıb.
Nazir qeyd edib ki, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdir.
Sessiya işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

