/ / Allahşükür Paşazadə Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının üzvü seçilib
Allahşükür Paşazadə Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının üzvü seçilib
01.12.2017 [10:30]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə daha bir mötəbər beynəlxalq qurumun - Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Direktorlar Şurasının üzvü seçilib. İslam dininin təmsilçisi olaraq şeyxülislam Allahşükür Paşazadə bu mötəbər təşkilatda 2021-ci il aprelin 30-dək bu vəzifəni icra edəcək.
AZƏRTAC xəbər verir ki, təşkilatın baş katibi Feysəl bin Müəmmərin A.Paşazadəyə ünvanladığı məktubda bu barədə məlumat verilir. Məktubda bildirilir ki, qərar KAICIID Dialoq Mərkəzinin Təsisçilər Şurasının nümayəndələri tərəfindən qəbul olunub. Şeyxülislam ilə bərabər Direktorlar Şurasında Muhammad Bin Saud Universitetinin imamı Hamad Al-Majed, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının üzvü Yepiskop Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Rissho Kosei-kai prezidenti Kosho Niwano, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Mark Poulson, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi Mohammad Sammak təmsil olunacaqlar.
Sənəddə KAICIID təşkilatının şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq sahəsində malik olduğu nadir və zəngin təcrübə sayəsində Mərkəzin fəaliyyətinə önəmli töhfələr verəcəyinə inamı əminliklə vurğulanır.
Xatırladaq ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər ölkəmizdə səfərdə olarkən Qafqaz Müsəlmanları İdarəsində şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdü. Həmin görüşdə baş katibi olduğu qurumun fəaliyyəti haqda ətraflı məlumat verən Feysəl bin Müəmmər QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq onun namizədliyini KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün şeyxülislamın razılığını xahiş etmişdi. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına hər zaman xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq vermişdi.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildən bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir. Qeyd edək ki, KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.
KAICIID Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə dəyərin artırılmasına yönəlmiş missiyası 25 ölkə, beş qitədən cəlb olunan, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. KAICIID dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, həmçinin Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər.
Beləliklə, dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilən Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli təşkilatda təmsil olunacaq.
Azərbaycanın dini liderinin daha bir beynəlxalq tribunada - KAICIID Təşkilatının rəhbərliyində yer alması beynəlxalq miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesində yaxından iştirak etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli prosesinə real töhfələr vermək baxımından təqdirəlayiq haldır və milli mənəvi maraqlarımızın təmini işinə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

