Tarix göstərir ki, ermənilərə inanmaq olmaz
04.09.2009 [10:17]
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması yönümündə atılan addımlar Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Məlum olduğu kimi, İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistanın gələcək münasibətlərinə dair sənədlər hər iki tərəfə təqdim olunub. Azərbaycanda isə bu məsələyə münasibət birmənalı deyil.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, yaranmış vəziyyətlə əlaqədar Azərbaycan cəmiyyətinin narahatlığı təbiidir: “Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər, münasibətlərimiz “bir millət-iki dövlət” prinsipinə əsaslanır. ölkələrimizi bir-birinə bağlayan çoxlu tellər var. Ona görə də, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində aparılan danışıqlar istər-istəməz Azərbaycan ictimai rəyində müəyyən narahatlıq yaradır”.
M.Qurbanlı bildirib ki, aparılan danışıqlarla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi dövlətimizin rəsmi mövqeyini ifadə edib. O, xatırladıb ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan may ayında Milli Məclisdə çıxış edərkən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ probleminin həllindən sonra mümkün olduğunu bildirib. Bu yaxınlarda məsələ ilə bağlı qardaş ölkənin Xarici İşlər Nazirliyi də analoji açıqlama verib.
“Azərbaycan tərəfi Dağlıq Qarabağ problemi həll edilməyincə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını məqbul saymır. Hesab edirik ki, münaqişə həll olunmayınca Ermənistanla yaxınlaşma həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına ziddir”, deyə YAP İcra katibinin müavini vurğulayıb. M.Qurbanlının fikrincə, Türkiyənin özəl maraqları da Ermənistanla yaxınlaşmanı məqbul etmir. Eyni zamanda, Türkiyə ictimai rəyi ermənilərlə münasibətlərin qurulmasının əleyhinədir. Bu ölkənin bir sıra siyasi partiyaları və KİV-ləri hökumətin öz sözünün üstündə durmadığını bildirirlər. Onun sözlərinə görə, Ermənistanda da bu məsələnin əleyhinə çıxanlar çoxdur. Xüsusilə, müxalifətdə olan Daşnaksütyun Partiyası Ermənistan hakimiyyətini xəyanətdə ittiham edir. “Əslində, sərhədlərin açılması Ermənistanın xeyrinədir. çünki işğalçı dövlət dərin böhran içindədir. Amma qəribədir ki, Daşnaksütyun Türkiyəyə qarşı uydurma “soyqırımı” tanımağı, “soyqırıma” məruz qalanların nəsillərinə konpensasiya ödənilməsi şərtlərini irəli sürür. Amma vəziyyət göstərir ki, məlum protokolların imzalanması uzun sürə bilər. Yəqin ki, Türkiyə Böyük Millət Məclisində müzakirələr zamanı da sənədlərə düzəlişlər ediləcək. ümumiyyətlə, proseslər nəticəsində hər iki dövlətin münasibətlərinin qurulmayacağını da proqnozlaşdırmaq olar. Türkiyə bu addımı atmaqla bölgədə sülhə, sabitliyə nail olmaq istəyir. Amma tarix göstərir ki, ermənilərə inanmaq olmaz. Təəssüf ki, Türkiyədə ermənilərə inanmaq istəyənlər var”, deyə YAP İcra katibinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51

